SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçayda yüksək vəzifəlilərin himayəsi altında priton fəaliyət göstərir-ŞİKAYƏT

Göyçayda yüksək vəzifəlilərin himayəsi altında priton fəaliyət göstərir-ŞİKAYƏT

Tarix:

3-04-2017, 11:03

/ 6 153 dəfə oxundu.
Göyçayda  yüksək vəzifəlilərin himayəsi altında priton fəaliyət göstərir-ŞİKAYƏT

Rayonun yüksək vəzifəlilərinin himayəsi altında Göyçay rayonunda Göyçay-Ucar yolunun kənarında Potu kənd ərazisində yerləşən Şam bağı adlı kafedə priton fəaliyət göstərir. Nəticədə də cəmiyyətin əxlaqı aşılanır ki, çox təhlükəli bir vəziyyət yaranmışdır.Həmin pritonu Rəhimova Esmira Məhəmməd qızı adlı bir əxlaqsız işlədir.Burada respublikanın müxtəlif yerindən gətirilmiş əxlaqsız qadınlar pullu xidmətlər göstərirlər.Rayonun gəncləri, cavanları hər gün bu əxlaqsızlıq yuvasına gəlirlər ki, buda cəmiyyətin pozulmasına gətirib çıxarır.Bu əxlaqsız yuvasında tez-tez davalar düşüsədə heç bir tədbirlər görülmür.Həttda pritonun sahibəsi Esmira Rəhimova 29 may 2016-cı il tarixdə bu kafedə sərxoş vəziyyətdə olan Göyçay rayonu Potu kənd sakini Əhmədov Bəxtiyar Əliyar oğlunu küt alətlə döymüş ağır yaralı bir-neçə gün sonra dünyasını dəyişmişdir.Esmira Rəhimovanın ağır cinayət törətməsinə baxmayaraq hələdə azadlıqda gəzib priton fəaliyyəti ilə cəmiyyəti pozmaqla məşğuldur.Onun haqqında Göyçay rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılsada barəsində həbs qəti imkan tədbiri seçilməmişdir.Ona görə ki, priton sahibəsini Göyçay rayonunda vəzifəli şəxslər himayə edir.Həttda priton sahibəsi Esmira Rəhimova əminliklə deyirki məhkəməyə də tapşırılıb mənə şərti cəza veriləcək.
Bu boyda qanunsuzluq, özbaşınalıq, azğınlıq olmaz ki, bunuda Göyçay rayonunda yüksək vəzifəli şəxslərlə əlbir olan priton sahibəsi Esmira Rəhimova törədib cəmiyyətə ziyanlar vurur.Qatil priton sahibəsinin havadarının gücü qarşısında Göyçay rayon hüquq mühafizə orqanları da aciz qalıblar.Həttda çalışırlar ki, priton sahibəsinin törətdiyi qətl cinayətini günahsız bir insanın üzərinə qoysunlar. Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirik Göyçay rayonunda vəzifəli şəxslərin himayəsi altında ağır cinayət törədib azadlıqda gəzən, priton fəaliyyəti ilə məşğul olub cəmiyyəti zəhərləyən insanlar üçün təhlükə olan Rəhimova Esmira Məhəmməd qızının barəsində təcili tədbirlər görəsiniz.

İmza; Göyçay rayon sakinləri

Məmmədov Sahib Rza oğlu
Abbasov Cəbrayıl Zəfər oğlu
Rüstəmov Ramin Ağayusif oğlu
Kərimov Əlsurət Nüsrət oğlu
Zeynalov Mübariz Rəcəb oğlu
Bəşirov Tahir Paşa oğlu
Hüseynov Gülağa Valeh oğlu
Orucov Pünhan Bayram oğlu
Qəniyev Faiq Habil oğlu
Məmmədov Orxan Yusif oğlu
Aslanov Cəmşid Mikayıl oğlu
Ağayev Fətəli Mehdi oğlu
Məmmədov Cavid Bəhlul oğlu

xalqxeber.az
Göyçayda  yüksək vəzifəlilərin himayəsi altında priton fəaliyət göstərir-ŞİKAYƏT
Göyçayda  yüksək vəzifəlilərin himayəsi altında priton fəaliyət göstərir-ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ