Göyçayda PARTLAYIŞ - Yaralılar var
Göyçay rayonunda fərdi yaşayış evində partlayış hadisəsi olub. xalqxeber.az-ın məlumatına gröə, hadisə rayonun Potu kəndində baş verib.
Rayonun Əli Kərim küçəsi ünvanında qeydiyyatda olan və Potu kəndində məskunlaşmış 1966-cı il təvəllüdlü Zərbəliyev Məhəmməd Şəmi oğluna məxsus evdə qaz sızmasından qəfil partlayış olub.
Hadisə nəticəsində ev sahibi və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Zərbəliyeva Yeganə Akif qızı yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə nəticəsində Y.Zərbəliyevanın bədənin 60 faizdən artıq hissəsinin yandığı bildirilir. Qadın Respublika Yanıq Mərkəzinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək