SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Göyçayda yasda kütləvi zəhərlənmə - Adlar+Yenilənib

Göyçayda yasda kütləvi zəhərlənmə - Adlar+Yenilənib

Tarix:

14-07-2022, 21:52

/ 401 dəfə oxundu.
Göyçayda yasda kütləvi zəhərlənmə - Adlar+Yenilənib

 
Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb.

Xalqxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.

Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15 nəfərin halı qəfildən pisləşib.

Həmin şəxslər ishal və qusma əlamətləri ilə təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi üçün tədbirlər görülür. Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır.

Zəhərlənmə hadisəsinin dəqiq səbəbi hələlik bilinmir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Göyçayda yas mərasimində qidadan zəhərlənən şəxslərin adları məlum olub.

 APA xəbər verir ki axşam saatlarında zəhərlənən şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Rayonun Hacıağabəyli kənd sakinlərindən zəhərlənən şəxslərin adı aşağıdakılardır:

Eminova Əsli Paşa qızı(1966);

İbrahimova Kifayət Müğdət qızı (1965);

Kərimova Aybəniz İbrahim qızı (1987);

Miriyeva İfrat İdris qızı (1962);

Quliyeva Esmira Rakif qızı (1985);

Nuriyeva Ürfət Etibar qızı (1987);

Quliyeva İlhamə Bəşir qızı (1970);

Quliyeva Nüşabə Bəşir qızı (1979);

Quliyeva Aidə Bəşir qızı (1979);

Digər zəhərlənən şəxslər Yeniarx kənd sakinləridir. Onların adları:

Quliyev Turqut Azər oğlu (2007);

Quliyeva Aydan Azər qızı (2005);

Quliyeva Zeynəb Yengibar qızı (2005);

Quluzadə Gülşən Elsevər qızı (2020);

Quluzadə Ayşən Elsevər qızı (2020);

Qeyd edək ki, zəhərlənən şəxslərinin vəziyyəti yaxşıdır, müalicələri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ