SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sabirin yurdunda SABİRANƏ DURUM - Şamaxıda niyə?..

Sabirin yurdunda SABİRANƏ DURUM - Şamaxıda niyə?..

Tarix:

30-03-2017, 09:54

/ 5 635 dəfə oxundu.
Sabirin yurdunda SABİRANƏ DURUM - Şamaxıda niyə?..

Ötən gün Şamaxı rayonunun kəndlərinin birində orta məktəb şagirdinin, 15 yaşlı qızı, yəni digər məktəb şagirdini evlənmək məqsədilə qaçırması demək olar ki, medianın əsas gündəminə çevrildi. Məsələnin ən qəribə tərəfi isə medianın gündəmi olan hadisədən istər Şamaxı rayon icra hakimiyyəti, istərsə də təhsil şöbəsi və hüquq – mühafizə orqanları tamamilə xəbərsiz olduqlarını söylədilər. Maraqlıdır, görəsən o qədər də böyük olmayan rayonda baş verən hadisədən rayonun aidiyyatı strukturları xəbər tutmadan ölkə mətbuatında bu kimi məlumatlar neçə operativ dərc edilir? Əslində “xəbərim yoxdur”, “eşitməmişəm”, “maraqlanıb sizə məlumat verərəm” kimi məmur yanaşmaları artıq tarix olan sovetlər dövründə məhz “başın salamatlığı” üçün uydurulan yalan silsiləsindəndir.

Ötən il yenə də bu rayonun kənd məktəblərinin birində iki uşaq atası olan müəllimin öz şagirdi ilə münasibətindən sonra mətbuatın suallarına da bu tip yanaşmalar olmuşdu. Yenə də bütün ölkənin bildiyi biabırçı bir hadisədən Şamaxı rayonunda fəaliyyət göstərən dövlət orqanlarının “xəbəri” olmamışdı. Ötən gün medianın gündəmi olan məlumatda təhsil almalı olan gənclər ailə münasibətlərini tam dərk etməyəcək yaşda olsalar da, evlənməyə qərar verdikləri qeyd olunmuşdu. Əslində baş vermiş olay həm də cinayət xarakterlidir və məcəllədə insan oğurluğu kimi öz əksini tapır. Məsələni daha kritik edən tərəf isə qaçırılanın – qızın azyaşlı olmasıdır. Sual olunur, nədən Şamaxı rayon təhsil sistemində bu kimi hallar baş verir?

Rayondakı mənbədən əldə etdiyimiz məlumata görə əsasən kənd məktəblərində şagirdlərin dərsdən sonrakı məşğuliyyətləri üçün fakultətiv məşğələlər demək olar ki, keçirilmir. Yəni şagir – məktəb ilişikləri yalnız müəyyən edilmiş bəlli saat çərçivəsindədir. Bəs elə isə bu məqsədlə ayrılmış vəsait necə olur? Təhsil nazirliyinin büdcəsinəmi qaytarılır, yoxsa... Mənbənin verdiyi məlumata görə kənd məktəblərindəki pedaqoji kollektivin əsasını orta ixtisas təhsilli müəllimlər təşkil edirlər. Nəzərə alsaq ki, bu rayonda pedaqoji yönümlü iki kollec fəaliyyət göstərir, onda mənzərə daha da aydın olur. Məlumatda o da bildirilir ki, Şamaxı şəhər və kənd məktəblərindəki vakant yerlərlə bağlı Təhsil Nazirliyinə daha operativ və aydın məlumatlar verilərsə, problem də həllini tapar. Belə ki, məhz təhsillə bağlı dövlət proqramından yararlanmaq istəyən şəxslərin sayı ölkədə heç də az deyil. Deməli qanunlardan irəli gələn vəzifələri icra etmək lazımdır. Əks halda ya müəllim ötən il olduğu kimi şagirdinə təcavüz edəcək, ya da şagird “oxumuram əl çəkin” deyərək, türklər demiş “karı-kız peşində koşacağ”. Şamaxi Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevlə əlaqə saxlamaq cəhdimiz alınmasa da, saytımıza dünəni kifayət qədər problemli olan rayon təhsilinin sabahı ilə bağlı bəzi suallarımıza cavab verməsini arzu edərdik.

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda çəkilən qurum və ya şəxslərində mövqelərini dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ