SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şamaxıda Qasım Qasımovun kadr siyasəti hələ də davam edir - Şamaxı təhsili iflic durumda

Şamaxıda Qasım Qasımovun kadr siyasəti hələ də davam edir - Şamaxı təhsili iflic durumda

Tarix:

14-12-2017, 13:55

/ 3 038 dəfə oxundu.
Şamaxıda Qasım Qasımovun kadr siyasəti hələ də davam edir - Şamaxı təhsili iflic durumda

Şamaxı rayon İcra Hakimiyyəti başçısının I müavini Qasım Qasımovun kadr siyasəti hələ də davam edir.

Son illər Şamaxı rayonunda, təhsil sistemində mənəvi dəyərlərə və dövlətin təhsil siyasətinə uyğun olmayan ciddi hadisələr baş verdi. Məsələnin ən qəribə tərəfi isə yerli və aidiyyatı strukturların baş verən hadisələri ciddi-cəhdlə gizlətməyə çalışmalarıdır. Əslində hadisələrin gizlədilməsnə sərf edilən əmək, həmin hadisələrin baş verməməsi üçün sərf edilsəydi, şamaxılılar üçün daha effektli nəticə olardı. Təssüf ki, baş verən olayların fonunda bu bölgədə hələ də məsələlər tam düzənində deyil. Ötən gün Şamaxıdakı mənbədən daxil olan məlumatda bildirilir ki, Mikayıl Cabbarovun Təhsil naziri postundan, Vergilər nazi vəzifəsinə transferi bu rayonun təhsil sistemində qismən də olsa müsbətə doğru dəyişiklik yaradıb. Mənbə bunu rayonun təhsil sistemndən sorumlu insanların yeni təyin olunacaq, hələ ki, məchul nazirin keçirəcəyi ehtimal olunan islahatlarından narahatlıqları kimi dəyərləndirdi . Əslində rayonun təhsil sahəsində post-Cabbarov dönəmində atılan addımlar yenilik deyil, təhsil haqqında qanunun tələbləridir. Məlumatda bildirilir ki, uzun müddət əsasən kənd məktəblərində 6-cı və 7-ci saatlar şagirdlərə tədris edilmirdi. M.Cabbarovun TN-dən ketməsindən sonra, yəni bir neçə gündür ki, artıq kənd məktəblərində son saatların tədrisinə başlanılıb. Mənbə əlavə olaraq bildirdi ki, buna rəğmən hələ də bəzi məktəblərdə vakant yerlər TN-dən gizlədilir. Bundan başqa nəinki direktor müavinləri, hətta kənd məktəblərinin direktorları belə qanunla icazə verilmədiy halda şagirdlərə müxtəlif fənnlərdən dərs keçməkdə davam edirlər. Şamaxı rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev isə məsələlərə “dünya birliyi kimi” hələ də seyriçi mövqedədir. Xatırladaq ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısınını I müavini Qasım Qasımovun xalası oğlu olan Eyvaz Eminalıyev əsas fəaliyyətini İsmayıllı Regional Təhsil İdarəsinə rəhbərlik uğrunda mübarizəyə həsr edir.
Şamaxı təhsilinə verdiyi “töhvə” azmış kimi, həzrəti Eminalıyev region təhsilinə də “öz dəsti-xəttini” gətirməyin türklər demiş peşindədir. Oxucuların diqqətinə onu da çatdıraq ki, əslində Şamaxının idarəçiliyi bilavasitə RİH-nin I müavinindən sorulur. I müavin xalası oğlu olduğu üçün sayın Eminalıyev görəvində olduqca rahatdır. Elə bu rahatlığın məntiqi nəticəsi olaraq bir müddət əvvəl Şamaxıda azyaşlı məktəbli müəllimindən uşaq dünyaya gətirdi. Onu da qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının I müavini Qasım Qasımovun kadr siyasəti hələ də davam edir. Bir neçə gün öncə RİH-nin baş mühasibliyi vəzifəsinə yaxın qohumunu təyin etdirən I müavin, rayondakı rəsmi görəvlərlə bağlı hər hansı fürsəti həmişəki kimi qaçırmadı.
Mənbənin bildirdiyinə görə şamaxılılar yerli icra hakimiyyəti rəhbərliyinin və digər rəsmi strukturların müsbətə doğru dəyişəcəyi ümidi ilə bağlı pessimist vəziyyətdədir. Rayondakı mənbə bununla bağlı olduqca maraqlı fikirlər söylədi: “Əgər bir rayonda yaşı 70-i keçmiş qoca bir kişidən – rayon təhsil şöbəsinin qeyri – rəsmi idarəçisi Baba Nəsirovdan vaz keçilmirsə, o halda... Məhz həmin pessimizin məntiqi nəticəsi olaraq şamaxılılar rayon təhsilindən sorumlu olan şəxslərin yeni təyin ediləcək nazirlə bağlı əndişəsini də faydasız hesab edir. Hətta yeni təyin olunacaq nazirin belə paytaxta yaxın əyalətdəki daşlaşmış idarəçilk formatını dəyişməyə gücü çatmayacaq. Çünki Şamaxı təhsili öz Babasının prinsipinə hələ də sadiqdir. Baba Nəsirov isə idarəçilikdə “sovet ənənəsindən” başqa nə isə bilmir. Yeni təhsil sistemini əxz etmək üçün isə çox yaşlıdır. Bir neçə gün sonra isə yeni - 2018-ci il gəlir. Şaxta babada yalançıdır. Hər ili yalnız vədlərlə yola verir. Elə ona görə də şamaxılıların, nə təyin olunacaq X adlı nazirdən, nə Şaxta babadan, nə də təhsilin Babasından hər hansı gözləntiləri yoxdur.”
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərin cavab haqlarını tanıyırıq, dərc etməyə hazırıq.

Conflict.az

Şərhlər

XƏBƏR LENTİ