SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazaxın icra başçısı bu dəfə bağça müdirlərindən pul yığır - İDDİA

Qazaxın icra başçısı bu dəfə bağça müdirlərindən pul yığır - İDDİA

Tarix:

23-10-2018, 15:57

/ 1 671 dəfə oxundu.
Qazaxın icra başçısı bu dəfə bağça müdirlərindən pul yığır - İDDİA

"Qazaxın icra başçısı bu dəfə bağça müdirlərindən pul yığır". Bu iddia Qazaxdan daxil olan müraciətdə yer alıb.

Müraciət müəllifləri yazırlar ki, bu günlərdə rayon əraizisində yeni uşaq bağçası açılacaq. Yazırlar:

"İcra başçısı adından bəri başdan pul yığılır. Kim orada işləmək istəyirsə, haqqını verməlidir. Hətta xadimə kimi işə düzəlmək istəyənlər də pul verir".

Narazı sakinlər yazır ki, ümumiyyətlə son həftə ərzində Qazaxda yerləşən uşaq bağçalarında icra başçısı adından pul yığımı kampaniyasına başlanılıb.

Yazılanlar: "Təbii ki, bu pullar da uşaqlara ya dövlətin ayırdığı vəsaitdən, ya da valideynlərin cibindən tutulur. Görünür, Rəcəb Babaşov cənablarının uşaqların boğazına şərik olması ehtiyacı yaranıb".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ