SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazaxın icra başçısı Havay adalarında istirahət edir?

Qazaxın icra başçısı Havay adalarında istirahət edir?

Tarix:

31-07-2018, 23:19

/ 2 040 dəfə oxundu.
Qazaxın icra başçısı Havay adalarında istirahət edir?

Bu barədə məlumat yayan dia.az saytı bildirir ki, Qazaxdakı qaynaqlardan verilən informasiyaya görə, icra başçısı Rəcəb Babaşov məzuniyyətə çıxıb və artıq bir həftədir ki, Havay adalarındadır...
Xatırladaq ki. Havay adaları Sakit okeanın şimalında 19-29 dərəcəlik enliklər arasında yerləşən 24 vulkanik adalar arxepealaqıdır. Hazırda da adalardada çoxlu sayda fəal vulkanlar mövcuddur. Bunlardan ən hündürləri Mauna-Lua və Kilaueadır. Havay arxipelaqında turizm mərkəzi olaraq fəaliyyət göstərən 8 böyük ada var və bu adalar adətən cənnətlə müqayisə olunur. 1898-ci ildə Havay adaları ABŞ tərəfindən işğal edilib və 1959-cu ildən isə rəsmi olaraq ABŞ-n 50-ci ştatı elan edilmişdir.

Azərbaycan məmurların bu məşhur turizm məkanında istirahət etmələri ilə bağlı ara sıra məlumat mediaya sızmaqdadır. Lakin bir icra başçısının Havay adalarınnda istirahət etməsi ilə bağlı ilk dəfədir ki, məlumat yayılır. Qeyd edək ki, Havay adalarında istirahət çox bahalıdır və burda adətən iş adamları, ilarderlər istirahət edirlər.

Maraqlıdır ki, Qazaxın icra başçısının məhz Azərbaycandakı şiddətli istilərdən qaçaraq məhz Havay adalarında istirahət edə bilmək üçün maddi imkanları var. Qeyd edək ki, Rəcəb Babaşov daha əvvəl Vergilər Nazirliyində çalışıb və Fazil Məmmədovun “qara kassa”larından biri olaraq tanınıb. Rəcəb Babaşovun adı “MTN işi”ndə hallanıb və bundan sonra Fazil Məmmədov onun Qazaxa icra başçısı təyin olunmasına nail ola bilib.

Fazil Məmmədov vəzifədən kənarlaşdıqdan sonra isə Rəcəb Babaşovun “Azərbaycan Dəmir Yolları” QSC sədri, deputat Cavid Qurbanova sığınaraq vəzifədə qaldığı iddia olunur. Eyni zamanda mətbuada Rəcəb Babaşov Vergilər Nazirliyində çalışdığı zaman külli miqdarda dövlət vəsaitinin mənimsənilməsində iştirak edib və Azərbaycanın çox varlı məmurlarından biri olduğu göstərilir.

Rəcəb Babaşovun icra başçısı maaşı ilə Havay adalarında istirahət etməsi çoxlu suallar doğurur. Sayt yazır ki, Qazax sakinləri bildirir ki, mətbuatı özünün təsir rıçaqları ilə susduran Rəcəb Babaşovun bu gün Qazaxda rəsmən fironluq edir. İddiya görə icra başçısı istirahət pulunu yerli sakinlərdən - sahibkarlardan, idarə müdirlərindən alıb.

Qarşı tərəfin münasibətini öyrənməyə hazırıq.

dia.az

Şərhlər

XƏBƏR LENTİ