XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Lerikin icra başçısından absurd bəhanə... - İLGİNC FAKT

Lerikin icra başçısından absurd bəhanə... - İLGİNC FAKT

Lerikin icra başçısından absurd bəhanə... - İLGİNC FAKT
22-01-2021, 09:58

Fərqanə Mirzəyeva yaşadığı kənddə kollecdə oxuyan tək qızdır. DİA.AZ bildirir ki, o, Lerikin Noda kəndində wifi olmaması və mobil şəbəkənin zəifliyi səbəbi ilə onlayn dərslərə qoşulmaqda çətinlik çəkir.


Qeyd edək ki, Noda kəndində qaz yoxdur, işıqlar da tez-tez sönür. Fərqanənin ailəsi təsərrüfat ilə məşğuldur. Onlar çətinliklə övladlarının təhsil almasına şərait yaradırlar.

Dərslərə qoşulmaqda çətinlik çəkən Fərqanə davamiyyətsizlikdən kəsilə bilər. Buna görə də Fərqanənin valideynləri yerli icra hakimiyyətinə müraciət ediblər və aldıqları cavabdan rəsmən quruyub qalıblar.

Fərqanənin valideynləri bildirir ki, övladlarının təhsil ala bilməsi üçün onların yerli icra hakimiyyətindən internet xətti tələblərinə belə cavab verilib: "İcra hakimi dedi kənddə wifi-olsa uşaqlarınız pis işlə məşğul olar".

Dia.az olaraq davamlı şəkildə Lerik RİH başçısı Rövşən Bağılrovun absurd qərarları və yaratdığı narazılıqları ilə əlaqədar materiallar təqdim etməkdəyik. Amma bu fakt artıq Rövşən Bağırovun bir icra başçısı olaraq işə yaramadığının göstəricisi kimi də qəbul edilməlidir.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.