Alyaskada güclü zəlzələ: Sunami təhlükəsi var
ABŞ-ın Alyaska ştatının sahillərində 8.1 bal gücündə zəlzələ baş verib.
Bu barədə “Rossiya 24” telekanalına istinadən məlumat yayırıq.
Məlumata görə, yeraltı təkanların episentri Alyaska körfəzində, Kadyak adasından 280 kilometr cənub-şərqdə qeydə alınıb.
ABŞ-da zəlzələdən sonra sunami təhlükəsi yaranıb. Sunami riski ilə bağlı Kanadanın Britaniya Kolumbiyası vilayətinin sahilyanı rayonları və Vaşinqton ştatının sərhədindən Attu adasına kimi olan ərazilərdə xəbərdarlıq elan olunub. Hökumət sakinləri həmin əraziləri tərk etməyə çağırıb.
Geoloji xidmət zəlzələni sarı dərəcə ilə təsnif edib. Sarı dərəcəli xəbərdarlıq - insan itkisi və iqtisadiyyata ziyanın az ehtimal olunduğunu bildirir.
Zəlzədən dörd saat sonra hündür dalğaların Havay adalarına çatacağı istisna edilmir. Həmin zəlzələnin Yeni Zelandiya üçün də potensial sunami riski yaratdığı bildirilir. Hələlik dağıntılar və itkilər barədə heç bir məlumat yoxdur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək