XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Baba Rzayev Zərdabdakı adamını işdən qovdu... - Amma narazılıq hələ də qalır

Baba Rzayev Zərdabdakı adamını işdən qovdu... - Amma narazılıq hələ də qalır

Baba Rzayev Zərdabdakı adamını işdən qovdu... - Amma narazılıq hələ də qalır
15-03-2018, 09:59

Zərdab rayonu Çallı kənd sakini Məmmədov Qənimət Tehran oğlu tərəfindən xalqxeber.az-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaş yazır:

"Bir neçə gün öncə mətbuat vasitəsi ilə Zərdab Rayon Elektirik Şəbəkəsində baş alıb gedən korrupsiya əməlləri barədə məlumat verdikdən sonra həmin şəbəkənin rəisi Səməd Hüseynov 12 mart 2018-ci il tarixdə tutduğu vəzifədən azad edildi. Ancaq çox təssüf olsun ki, həmin şəbəkənin rəis müavini Ələmdar Abbasov saxta diplomla orada hələ də işləyir onun barəsində heç bir tədbir görülmür".

Narazı vətəndaş yazır: "Bildiriəm ki, Zərdab rayon Elektirik Şəbəkəsinin rəis müavini Ələmdar Abbasovun ali təhsil almasına dair diplomu saxtadır. Həmin saxta diplom Dağıstanda yerləşən hansısa ali məktəbə aiddir. Zərdab Rayon Elektirik Şəbəkəsinin rəis müavini Ələmdar Abbasov həmin saxta diplomu pulla almışdır. Ələmdar Abbasov həmin ali məktəbin yerini belə tanımır ki, Dağıstanın harasında yerləşir. Həmin ali məktəbin heç bir müəllimini tanımır, oranın müəllimləridə Ələmdar Abbasovuda tanımırlar.Onun həmin ali məktəbdə oxuduğu illərdə Azərbaycan Respublikasının sərhədini neçə dəfə keçib Dağıstan Respublikasına getməsidə obyektiv yoxlanılmalıdır. Belə olduqda Ələmdar Abbasovun saxtakarlığı, cinayət əməlləri subut olunacaq. Çünki əgər Ələmdar Abbasov əyani və ya qiyabı həmin ali məktəbdə oxuyubsa mütləq Azərbaycan Respublikasının dövlət sərhəddini keçib Dağıstana getməli idi. Azərbaycanda bu alver ilə məşğul olan şəxslərdən həmin saxta diplomu 2000 manata alan Ələmdar Abbasov buna görə nəinki tutduğu vəzifədən uzaqlaşdırılmalıdır həttda cinayət məsuliyətinə cəlb edilib həbs olunmalıdır.Bu cinayət faktının tam, hərtərəfli və obyektiv araşdırılmasına zərurət var.İnanıram ki, Azərbaycan dövlətində belə saxtakarlara yer yoxdur.Azərbaycan Respublikasında kifayət qədər qanunu ali diploma sahib olan savadlı və təcrübəli kadrlar var. Belə olan halda saxta diplomlu birisinin yüksək vəzifədə işləməsinə yol verilməsi qanunsuzluqdur.Ələmdar Abbasov neçə illərdir ki, Zərdab Rayon Elktirik Şəbəkəsinin sabiq rəisi Səməd Hüseynovla əlbir olub talançılıqla məşğul olur. Saxta diplomlu müavin Ələmdar Abbasovu hansısa yüksək vəzifəli şəxs himayə edir deyə o rayonda at oynadır.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevaya və "Azərişıq" ASC-nin sədri cənab Baba Rzayevə müraciət edib çox-çox xahiş edirəm şikayət ərizəmi yerində mənim iştirakımla araşdırıb saxta diplomla vəzifədə işləyən Zərdab rayon Elektirik Şəbəkəsinin rəis müavini Ələmdar Abbasovun saxta diplomunu obyektiv yoxlayıb barəsində qanuna müvafiq tədbirlər görəsiniz".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.