SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Taleh Qaraşovdan sensasion açıqlama:"Getsəm, ölərəm..."

Taleh Qaraşovdan sensasion açıqlama:"Getsəm, ölərəm..."

Tarix:

18-02-2017, 13:57

/ 2 072 dəfə oxundu.
Taleh Qaraşovdan sensasion açıqlama:"Getsəm, ölərəm..."

“21 ildir icra başçısı işləyir, yenə də deyir vəzifədən alınsam ürəyim yatar”.

Bunu Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov haqda həmin İH-də işləyən adının çəkilməyini istəməyən şəxs deyib: “Ötən il səhhətində problem yaranmışdı, ürəyindən şikayəti vardı. Onda demişdi ki, məni heç bir xəstəlik yıxa bilməz, amma vəzifəmdən olsam ölərəm. Bu adamın gözü vəzifədən doymur”.

Xatırladırıq ki, T.Qaraşov 1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə Astara rayonlarının icra başçısı işləyib. 2012-ci ilin aprel ayından Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır. 1959-cu ildə Kürdəmir rayonunda anadan olub. İxtisası inşaatçı-mühəndis və politoloqdur.

Onun haqqında ən çox söylənən həddən artıq böyük varidata səbəb olmasıdır. Hətta bəzi məlumatlara görə, başçının var-dövləti o həddədir ki, onun hər səfalı rayonda villası, imarəti var: “Çox böyük imarətlərindən biri də Lənkaran meşəliyində yerləşir. Lənkərana rəhbər gəldiyi gündən rayonda keçirilən bütün tenderləri oğluna həvalə edib milyonlara sahib olan icra başçısı əndazəsiz var-dövlət yığıb. Astara istiqamətində prezidentin iqamətgahına çox yaxın ərazidə də özünə villa tikdirib”.

Yaxın günlərdə Lənkəranda keçirilən tenderlərlə bağlı araşdırma təqdim edəcəyik. Bizi izləyin.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Tərəfdar.az

Şərhlər

XƏBƏR LENTİ