SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Laçın sakini ölkə rəhbərliyinə müraciət etdi

Laçın sakini ölkə rəhbərliyinə müraciət etdi

Tarix:

25-12-2017, 12:27

/ 2 425 dəfə oxundu.
Laçın sakini ölkə rəhbərliyinə müraciət etdi

Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev Cənablarına
Surəti: Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev Cənablarına
Surəti:Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanovaya
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov Cənablarına
Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış Xudayarova Yasəmən Şahmar qızı tərəfindən
ƏRİZƏ
Hörmətli Cənab Prezident və Hörmətli Mehriban Xanım yazıb sizə bildirirəm ki,həyat yoldaşım Xudayarov Baxşeyiş Salyan oğlu 2 ildir ki,Laçın rayon təhsil şöbəsində milyonlarla dövlət vəsaitinin mənimsənilməsi haqqında Dövlət Maliyyə Nəzarət Xidmətinə və adiyyati dövlət orqanlarına etdiyi müracətlərin nəticəsi olaraq Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi 01.03.2017 tarixdə LRTŞ-də 10 ilik maliyyə araşdırılmasına başladı və bu gündən sonra bütün həyatımız alt üst oldu.10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevin rəhbərlik etdiyi komissiyanın Laçın rayon Təhsil Şöbəsində apardığı maliyyə yoxlamaları zamanı ciddi maliyyə pozuntularına yol verildiyi və Nəticədə dövlətin 10 milyon manatdan çox vəsaitinin mənimsənildiyi aşkarlandı.Nəticə olaraq Ədalət Nəbiyev qohumları yüksək vəzifə tutan direktorların hər birinin mənimsədiyi 100-150 min manatı yerindəcə tapşırıqla bağışladı və qalanların aşkar olunmuş faktların ciddiliyi nəzərə alınaraq ,yoxlama materiaları əlavələri ilə birlikdə nöqsanlara hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildi.Lakin 8 aydır Laçın rayon təhsil şöbəsinin müdri Nicat Həsənov və Tərtər Regional Təhsil İdarəsinin müdri Malik Vəliyev (LRTŞ-inin sabiq müdri) hansısa yüksək rütbəli məmurun xahişi ilə heç bir cinayət məsuliyyətinə cəlib olunmayıblar.
Cənab Prezident,Mehriban Xanım 8 ay ərzində Malik Vəliyev və Nicat Həsənov gündə bir direktoru öyrədərək həyat yoldaşımın və övladlarımın qarşsın kəsərək söyüş,təhqir,hədə-qorxu və telfon zəngləri nəticəsində həyat yoldaşıma yüksək əsəb,istres və psixoloji gərginlik yaşadaraq nəticədə həyat yoldaşım beyin infaqt keçirərək koma vəziyyətindədi.1992-ci ilin may ayının 17-18 də yaşadığımız günləri bizə təkrarən yaşadırlar.yazıb sizdən acizyanə xahiş edirəm Ki,məni və övladlarımı Laçın rayonunda olan bu əsirlikdən xilas edib Respublikanın başqa bir rayonunda yerləşdirilməsinə göstəriş verəsiz.
Cənab Prezident Sizin hər dəfə korrupsiya qarşı mübarizə ilə bağlı çıxşlarınızda İctimai nəzarətin gücləndirilməsi üçün vətəndaşları bir daha fəallığa səsləməyiniz və bu nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gəlməyin mümkün olmayacağını deməyiniz biz vətəndaşları cəsarətləndirsədə Sizin korrupsiya və rüşvətxolrluğa qarşı ciddi mübarizə apardığınız bir dövürdə Laçın rayon təhsil şöbəsində korrupsiya və rüşvətxolruğun belə asan tuğyan etməsi biz vətəndaşları təəccübləndirir!!!
İnanırıq ki, geci-tezi Malik Vəliyevin Və Nicat Həsənovun nəyin və hansı yüksək rütbəli məmurun
Hesabına dövlətə xəyanətinin bağışlandığının araşdırlılması haqqında göstəriş verəcəksiniz.
Xudayarova Y. Telfon: 0507413096

xalqxeber.az
Laçın sakini ölkə rəhbərliyinə müraciət etdi
Laçın sakini ölkə rəhbərliyinə müraciət etdi

Şərhlər

XƏBƏR LENTİ