SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev yüksək məbləğdə rüşvətin izin itirir?

10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev yüksək məbləğdə rüşvətin izin itirir?

Tarix:

21-09-2017, 16:18

/ 111 658 dəfə oxundu.
10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev yüksək məbləğdə rüşvətin izin itirir?

Elektron poçtumuzun ünvanına daxil olan şikayət məktubunu nəzərinizə çatdırırıq:

Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev Cənablarına

Surəti: Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov cənablarına

Surəti: Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Rəisi Kamran Əliyev cənablarına

Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən

ƏRİZƏ

Hörmətli Cənab Prezident Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev əhatə zonasındakı rayonlarda(Laçın, Xocavənd, Füzuli,Beyləqan , İmişli, Ağcabədi və Zərdab rayonları) maliyyə araşdırılması adı altında rüşvət yığır şəxsi maraqlarını dövlətin maraqlarından üstün tutur.7 aydır(Mart ayının 1-indən) Laçın rayon Təhsil Şöbəsində aparılan 12 ilin maliyyə yoxlamaları zamanı ciddi maliyyə pozuntularına yol verildiyi aşkarlanıb.Müəyən olunmuş aşağıdakı nöqsanlar heç də qabardılmır Ə.Nəbiyevin şəxsi korrupsiya dəftərində qeyid olunur.
LRTŞ-inin tabeliyində olan məktəblərin 90 faizində elmi dərnəklərin və fakultativ məşğələlərin jurnaları ümumiyyətlə yoxdur, bu dərs saatları tədris olunmayıb. Formal olaraq məktəb direktorları müəllimlərin adına yazaraq əməkhaqqı cədvələrində bu saatların tədrisi üçün ayrılan vəsait məimsənilib.
Rayonun ümumtəhsil məktəblərində işləyən texniki işcilərin mütləq əksəriyyətinin əməkhaqqı kartları özlərində olmadığı və hansı işdə işlədiklərini bilmədikləri ortaya çıxıb.Hətta çoxunun faktiqi yaşayış yeri adı işci kim getdiyi məktəbin yerləşdiyi ərazidə deyil.
Dəniz səviyyəsindən yüksəkliyə görə əmək haqqıya əlavə olunan 20-30%-də təhsil şöbəsinin müəyyən etdiyi miqdarda rüşvəti verməklə bir çox müəllimlər yaşından və Laçın Rayonu ermənilər tərəfindən işğal edilənədək heç bir yerdə işləməməsindən asılı olmayaraq yüksəklik ödənişi şamil edildiyi aşkarlanıb.
Dövlətin pulun mənimsəmək üçün Müəllimləri sağlam olduğu halda bir dərs lində bir müəllimi 5-6 dəfə saxta Bülletenə çıxarıblar və yoxlama zamanı müəyən olunub ki müəllim Bülletendə olduğu tarixdə dərs jurnalın özü yazıb əvəz etmə olmayıb.
Təhsil şöbəsində 100-dən çox sağlam şagird məktəbə gələ-gələ saxta sənədlər düzəldərək evdə təhsilə cəlb etmək adı altında fərdi dərs saatları ayırmaqla hər ay alınan vəsait mənimsənilib.
Ümumtəhsil məktəblərində sinif komplektlərini normadan artıq saxlanılması üçün 10-11-ci sinif şagirdləri məktəbə gəlməyə-gəlməyə davamiyyət yazılıb.Yoxlama zamanı məlum olub ki, bu şagirdlərin heç birinin yoxlama yazı işi yoxdur, yəni məktbə gəlməyiblər.
Bakı şəhərində yaşayan və adına təhsil şöbəsinin Ağcabədi rayon Taxta Körpü ərazisində yerləşən məktəblərində 24-36 saat dərs olan bir neçə müəllimin olduğu və dərs jurnalarını özlərinin yazmadığı aşkar olub. Bu müəllimlər özəl müəssələrdə çalışır sadəcə pedoqoji iş stajı olsun deyə adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olublar.
Məktəblərin zəruri və əsaslı təmir bərpa işlərinə, dəftərxana ləvazimatlarının alınmasına, məktəblərə istilik sistemlərinin alinmasına, avadanlıqların satın alınmasına və digər xərclər üçün ayrılmış vəsaitın təyinatı üzrə xərclənmədiyi ortaya çıxıb.Yoxlamalar zamanı yüzdən çox bele qanun pozuntusuna yol verildiyi aşkar olub.Lakin Ə.Nəbiyev yüksək məbləğdə rüşvət qarşlığında bu faktları örtbasdır edir.
Hazırda Ədalət Nəbiyev yüksək məbləğdə rüşvətin izin itirmək üçün rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri yol verilmiş maliyyə pozuntularına düzəliş etməyə başlayıblar.
Məktəblərin mütləq əksəriyyətində yol verilmiş maliyyə pozuntularına düzəliş etməy mümkün olmadığından Ə.Nəbiyev LRTŞ-nin müdri Nicat Həsənova tapşırıq verərək həmin məktəblərin arxivlərini müxtəlif yolarla yox edirlər.Ə.Nəbiyev bir çox məktəblərdə yoxlama prosedurlarını pozaraq 12 ilin əvəzinə son 5 ilin maliyyə araşdırılmasın aparıb.
Cənab Prezident sizin göstərişiniz əsasında Laçın rayon Təhsil Şöbəsində Azərbaycan Respublikasının Ali audit orqanı Hesablama Palatası yoxlama aparsa dövlətin 10 milyon manatdan çox vəsaitinin mənimsənildiyi və Ədalət Nəbiyevin hansı məbləğdə rüşvət qarşlığında dövlətə xəyanət edərək bu vəsaiti örtbasdır etdiyi aşkar olar.
Cənab Prezident Ə.Nəbiyev yüksək məbləğdə dövlət vəsaiti mənimsəmiş direktor və müəllimlər vasitəsi ilə mənə təziqlər edir ki,sizə və adiyyatı dövlət orqanlarına müracət etməyim.Sizdən acizyanə xahiş edirəm mənim və ailə üzvlərmin təhlükəsizliyinin təmin oluması haqqda göstəriş verəsiz.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq!

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ