SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qobustanda icra başçısı dağlara qənim kəsilib- İDDİA

Qobustanda icra başçısı dağlara qənim kəsilib- İDDİA

Tarix:

5-11-2017, 17:09

/ 64 609 dəfə oxundu.
Qobustanda icra başçısı dağlara qənim kəsilib- İDDİA

Qobustan RİN başçısı Adil Məmmədov dağlara qənim kəsilib. Bu barədə rayon sakinləri məlumat verib.

Nəzərinizə çatdıraq ki, ötən yazılarımızda tikilişi yekunlaşmayan Mərkəzi Xəstəxana ətrafında və dövlət büdcəsindən ayrılan vəsaitin mənimsədiyi barədə məlumat vermişdik. Bir daha xatırladaq ki, prezident İlham Əliyev Qobustan rayon Mərkəzi Xəstəxananın tikintisi üçün dövlət büdcəsindən 7 milyon manat ayrılması üçün sərəncam imzalamışdır.
Lakin müəyyən “oyunbazlıq” xəstəxananın tikintisinin yekunlaşmasına maneçilik törədib. Əslində, ayrılan vəsaitin bir qismi mənimsənilib. Bu barədə qısada olsa məlumat verilib. Mənbəmizin digər bir məlumatına görə, rayonda icra başçısı elə bir rejim tədbiq edib ki, etiraz edən şəxsin yaxınları və qohumları dərhal işdən azad edilir. Odur ki, rayon sakinləri daha çox “sakitçiliyə” riayət etməklə sükütü pozmamağa çalışırlar.
Əldə etdiyimiz yeni məlumat ondan ibarətdir ki, Qobustan RİH başçısı Adil Məmmədov dağlara qənim kəsilib. Belə ki, icra başçısı dağlarda özünə karyer yaradaraq sahibkarlıqla məşğuldur. Bu işdə icra başçısının “POLAD” şirkəti ilə “saziş” imzaladığı bildirilir. Rayon sakinləri iddia edirlər ki, həmin ərazi ziyarətgah kimi istifadə edilir. Maraqlısı budur ki, A. Məmmədov nə üçün rayonda sakinlərin sosial problemləri ilə maraqlanmır?
Prezident İlham Əliyev Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Yəni yolların tikintisi başa çatdırılma məqsədi ilə dövlət büdcəsindən 700 000 min manat vəsait ayrılıb. Yuxarıda qeyd etdiyimiz dağlardan çıxan çınqıl daşlardan yollara döşənərək güya təmir olunduğu bildirilir. Polad şirkəti Təklə-Sündü-Xilmilli yolları asfalt döşəməli olduğu halda A. Məmmədovun şəxsi karyerindən çıxan çınqıl daşlar yollara döşəyib. Görünür, işlər bu cür davam edərsə dövlət büdcəsi bir ovuc məmur üçün “formalaşacaq”.
Etiraf edək ki, prezident İlham Əliyevin min bir əziyyət hesabına cəmlədiyi dövlət büdcəsi məmurlar tərəfindən min bir yollarla mənimsənilir. İnanırıq ki, bu istiqamətdə aidiyyətli qurumlar araşdırmalara başlayacaq. Növbəti yazılarımızda icra başçısının əkin sahələrindən gələn gəlir haqda məlumat əldə edəcəksiniz. Bizi izləməyi unutmayın.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

dosye.org

A. MƏMMƏDOVUN VİRAN QOYDUĞU DAĞ
Qobustanda icra başçısı dağlara qənim kəsilib- İDDİA
Qobustanda icra başçısı dağlara qənim kəsilib- İDDİA

Şərhlər

XƏBƏR LENTİ