SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqan rayon Prokroru Azər Osmanovdan məcburi köçkünlər PREZİDENTƏ kütləvi ŞİKAYƏT etdi

Beyləqan rayon Prokroru Azər Osmanovdan məcburi köçkünlər PREZİDENTƏ kütləvi ŞİKAYƏT etdi

Tarix:

30-10-2017, 08:58

/ 61 518 dəfə oxundu.
Beyləqan rayon Prokroru Azər Osmanovdan məcburi köçkünlər PREZİDENTƏ kütləvi ŞİKAYƏT etdi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycanın Birinci vitse-prezidenti əziz və hörmətli xanım Mehriban Əliyevaya

Surəti: Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova

Surəti: Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Ombudsman xanım Elmira Süleymanovaya

Füzuli rayonundan məcburi köçkün olan ailəsi, hazırda Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi, 5-ci məhəllədə yaşayan,

1. Ağayeva Səbahə Tahirxan qızı,

2. Eyvazov Balay Bayraməli oğlu,

3. Eyvazova Elnurə Balay qızı,

4. Eyvazov Gəray Balay oğlu tərəfindən

MƏCBURİ KÖÇKÜN AİLƏSİNİN

KOLLEKTİV ŞİKAYƏTİ

Biz, məcburi köçkün ailəsini rayon prokuroru Azər Osmanov canından bezdirib. Vətəndaş Zeynalov Anar Ədalət oğlunu öyrədərək ictimayi yerlərdə küçədə bizim əiləni söyüb təhqir etməyə göstəriş verib. Bizim nəslimizi kökümüzü nəlayiq ifadələrlə söyüb təhqir edir və bildirir ki, “bu prokuror Azər Osmanovun sifarişidir”.Anar Zeynalov bildirir ki, “onsuzda sizi söyüb təhqir etməyimə görə rayon prokuroru Azər osmanov mənə heçnə etməyəcək”. O, bizə bildirir ki, “qardaşım Fəridlə küçədə 09 may 2017-ci il tarixdə ictimayi yerdə, camaatın içində tanıdığımız vətəndaş Vüqar Qasımovu döyərək xəsarətlər yetirdik, lakin bizə heçnə etmədilər.Səbəb odur ki, Azər Osmanov rayonda cinayətlərin araşdırmasına bir başa özü nəzarət edir və istədiyi cinayətdə, istədiyi qərarı çıxarır. Buna görədə mən Vüar Qasımovu məhz onun sifarişi ilə döyüb xəsarət yetirdim ki , prokuror Azər Osmanovdan bir kiçik hədiyyə olsun.Buna görədə həmin cinayət işimi Azər Osmanovsuni şəkildə, qəsdən uzadıb işə xitam verəcəyini mənə söz verib. Buna görədə mən rayonda heç kəsdən qorxmadan sizi və sizin yaxınlarınızı, nəslinizi söyəcəyəm.Yaxşı edirəm sizi söyürəm, nə vaxta kimi Azər Osmanov Beyləqan rayonunda işləyəcək, o vaxta kimi mən istədiyim hərəkəti edəcəyəm. Yani istədiyimiz vətəndaşı narkoloji xəstə olan qardaşı Fərid Zeynallı ilə küçədə söyüb, döyüb təhqir edəcəyik.Əgər bizim bu hərəkətlərimiz sizin xoşunuza gəlmirsə, gedin öz Prezidentinizin İlham Əliyevin yaxasından tutun tələb edin və ailəli olaraq 30 ilə yaxın alınmayan torpaqlara, yaşadığınız Füzuli xarabasına rədd olun çıxın gedin”.Anar Zeynalov mən məcburi köçkün ailəsinə bildirir ki, “Prezident İlham Əliyev Siz məcburi köçkünləri qudurdub çıxardıb başımıza”.

Hörmətli Prezident!

Əziz və hörmətli Mehriban Əliyeva!

Hörmətli Baş Prokuror!

Hörmətli Ombudsman!

Biz çarəsiz Füzuli rayonundan olan məcburi köçkün ailəsiBeyləqan rayonunda sabit və dinc şəkildə artıq yaşaya bilmirik. Çün ki, buna prokuror Azər Osmanov və onun havadarlıq etdiyi,sifarişlə vətəndaşları döyüb xəsarətlər yetirən, təhqir edib alçaldan Anar Zeynalovla rahat və təhlükəsiz sabit yaşamağa imkan vermirlər. Harda gəldi mütəmadi olaraq bizi küçədə söyür təhqir edir, oğlumu Vüqar adlı şəxsi kimi döyüb xəsarətlər yetirəcəyi ilə hədələyir.Əgər Anar Zeynalov çox asan şəkildə küçədə ictimayi yerdə bir neçə şəxslərin gözü önündə qardaşı Fəridlə döyüb xəsarətlər yetirlərsə və rayon prokuroru həmin cinayət işini suni şəkildə ,qəsdən uzadaraq işə xitam verilməsi vədi verirsə, bu rayonda hansı qanundan, ədalətdən ,vətəndaşların təhlükəsizliyindən və sabitlikdən gedə bilər? Əgər belədirsə , biz ailəvi olaraq Sizdən xahiş edirik ki, ya bizi rayon prokuroru Azər Osmanov və onun havadarlıq etdiyi, cinayət işində açıq aşkar kömək etdiyi Anar Zeynalov və onun narkoloji xəstə qardaşı Zeynallı Fərid Ədalət oğlunun əlindən qurtarın, yada 30 ilə yaxın işğal altında olan doğma torpaqlarımız sayılan Füzuli rayonunun torpaqlarını erməni faşistlərin işğalından azad edib bizi ailəvi oraya köçürülməyimizi, qayıtmağımızı təmin etməyinizə Sizə yalvarırıq. Bir prokuror ki, Prezidentimiz tərəfindən təyin edilmiş müstəqil rayon hakimi Nəsrullah Əliyevə ölümlə hədələnməsi barədə rəsmi hakim tərəfindən müraciət olunursa və Azər Osmanov hakimi ölümlə hədələyən şəxs barəsində qanunla müvafiq qaydada heç bir ölçü götürmürsə, onda biz sadə vətəndaşlar hüquqlarımızı necə qoruyub müdafiə edə bilərik?
Sonuncu dəfə 28.10.2017-ci il tarixdə mənim uşağımı küçədə avtomobillə hərəkət edən Anar Zeynalov millətin içində mən anasını söyərək fahişə adlandırıb. Gərək bunun sonu bir ağır cinayətlə qurtara? Həmin şəxsin qardaşı Zeynallı Fərid Ədalət oğlu bu yaxınlarda Vüqar Qasımovu küçədə rayon polis şöbəsinin giriş qapısının yaxınlığında təhqir edib köynəyini çırıb xəsarət yetirib, lakin AR İXM-nin 157-ci maddəsi ilə təqsirləndirildiyinə görə məhkəmə bu şəxsin məcburi məhkəməyə gətirilməsi barədə rayon polis şöbəsinə rəsmi müraciət etsədə heç bir müsbət nəticə verməmişdir. Məlumat üçün bildiririk ki, narkoloji xəstə olan Zeynallı Fərid Ədalət oğlu 2017-ci ilin əvvəlindən indiyənədək təkrar olaraq bir neçə dəfə inzibati xətalara yol vermişdir. Artıq sakinlər üçün bu qardaşlar demək olar ki real təhlükə yaratmağa başlayıblar. Artıq dərəcədə Sizdən xahiş edirik ki,artıq 30 ilə yaxındır ki erməni tərəfindən işğal olunmuş doğma yurd yuvalarımızı tezliklə azad edilməsini təmin edin ki, bizdə nəhayət Azər Osmanov kimi prokurorun və onun sifarişləri ilə adam döyüb xəsarət yetirən, söyüb vətəndaşları alçaldan Anar Zeynalov və onun narkoloji xəstə olan qardaşı Zeynallı Fəriddən canımız qurtarsın.
Əlavə edilir: Fayl şəklində şəxsiyyət vəsiqələrin və məhkəmə qərardadın surəti-13 ədəd
Əlaqə telefonu: (051)688-99-12
29.10.2017-ci il

Bakunews.az
Beyləqan rayon Prokroru Azər Osmanovdan məcburi köçkünlər PREZİDENTƏ kütləvi ŞİKAYƏT etdi
Beyləqan rayon Prokroru Azər Osmanovdan məcburi köçkünlər PREZİDENTƏ kütləvi ŞİKAYƏT etdi
Beyləqan rayon Prokroru Azər Osmanovdan məcburi köçkünlər PREZİDENTƏ kütləvi ŞİKAYƏT etdi
Beyləqan rayon Prokroru Azər Osmanovdan məcburi köçkünlər PREZİDENTƏ kütləvi ŞİKAYƏT etdi
Beyləqan rayon Prokroru Azər Osmanovdan məcburi köçkünlər PREZİDENTƏ kütləvi ŞİKAYƏT etdi
Beyləqan rayon Prokroru Azər Osmanovdan məcburi köçkünlər PREZİDENTƏ kütləvi ŞİKAYƏT etdi
Beyləqan rayon Prokroru Azər Osmanovdan məcburi köçkünlər PREZİDENTƏ kütləvi ŞİKAYƏT etdi
Beyləqan rayon Prokroru Azər Osmanovdan məcburi köçkünlər PREZİDENTƏ kütləvi ŞİKAYƏT etdi
Beyləqan rayon Prokroru Azər Osmanovdan məcburi köçkünlər PREZİDENTƏ kütləvi ŞİKAYƏT etdi

Şərhlər

XƏBƏR LENTİ