SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Oğuz sakinlərini narazı salan nədir? - FOTOLAR

Oğuz sakinlərini narazı salan nədir? - FOTOLAR

Tarix:

9-10-2017, 10:22

/ 57 030 dəfə oxundu.
Oğuz sakinlərini narazı salan nədir? - FOTOLAR

Oğuz rayonunun Böyük Söyüdlü, Astarxanovka və Qarabulaq kənd sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Kənd sakinləri şikayətlərində bildiriblər ki, üç kəndə gedən əsas yol dağılaraq sıradan çıxıb. Qarşıdan gələn qış fəslində isə onlar ötən ilki kimi yenə də yolsuz qalacaqlar. Adı çəkilən kəndlərdən birində Astarxanovka kəndində nəyinki yol, heç mavi qaz da yoxdur. Sakinlərə qaz xəttlərinin çəkiləcəyinə söz verilsə də, söz verən qurumlar sonradan sözlərinə dönük çıxıblar. Baxmayaraq ki, bununla bağlı kənd sakinləri həm yerli bələdiyyəyə, həm də rayon rəhbərliyinə dəfələrlə müraciət ediblər.

Ümidvarıq ki, aiddiyyatı qurumlar sakinlərin problemi ilə maraqlanacaqlar. Sakinlərin Moderator.az-a yolladıqları kənd yollarının fotosunu təqdim edirik.
Oğuz sakinlərini narazı salan nədir? - FOTOLAR
Oğuz sakinlərini narazı salan nədir? - FOTOLAR
Oğuz sakinlərini narazı salan nədir? - FOTOLAR
Oğuz sakinlərini narazı salan nədir? - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ