SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İradə Gülməmmədova Məmmədli kənd sakinləri ilə görüşüb

İradə Gülməmmədova Məmmədli kənd sakinləri ilə görüşüb

Tarix:

3-05-2019, 20:34

/ 2 403 dəfə oxundu.
İradə Gülməmmədova Məmmədli kənd sakinləri ilə görüşüb

Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Məmmədli kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını bildirib. Qeyd edilib ki, ötən müddət ərzində kəndin yeni yaşayış massivlərində məskunlaşmış əhaliyə kommunal xidmətlərinin daha da yaxşı göstərilməsi istiqamətinə böyük işlər görülüb. Sakinlər fasiləsiz elektrik enerjisi, mavi yanacaq və içməli su ilə təmin edilib, kəndin daxili yollarının abadlaşdırılması həyata keçirilib.

Sonra Abşeron RİH başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şiraslan Həsənov və Məmmədli kənd bələdiyyəsinin sədri Xəyaləddin Məmmədov hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.

Bundan sonra kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər.

Qeyd ediblər ki, ötən görüşlər zamanı qaldırılan problemlər tamamilə həll olunub.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
İradə Gülməmmədova Məmmədli kənd sakinləri ilə görüşüb
İradə Gülməmmədova Məmmədli kənd sakinləri ilə görüşüb
İradə Gülməmmədova Məmmədli kənd sakinləri ilə görüşüb

Şərhlər

XƏBƏR LENTİ