XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Ucar sakini Ramil Usubova müraciət etdi

Ucar sakini Ramil Usubova müraciət etdi

Ucar sakini Ramil Usubova müraciət etdi
15-09-2017, 16:30

xalqxeber.az-a Ucar rayonu M.Ə.Rəsulzadə küçəsi döngə 1, mənzil 16 sakini Nəsirov Rahim Ramiz oğlu tərəfindən şikayət məktubu daxil olub. Narazı vətəndaşın şikayət məktubunu olduğu kmi oxuculara təqdim edirik.

"Bu şikayətimdə yazıb bildirirəm ki, 15 sentyabr 2017-ci il tarixdə gecə təxminən saat 01-00 radələrində Bakı-Qazax magistral yolunun Ucar rayon Bağırbəyli kənd əraisindən özümə məxsus Vaz-21011 markalı 21 BB 975 dövlət nömrə nişanlı avtomobilimlə hərəkət edən zaman yol polislər qanunsuz olaraq məni saxlayıb avtomobilimi əlimdən alıb naməlum istiqamətdə aparmışdılar.Bu açıq-aşkar quldurluq hərəkətləridir ki, Dövlət Yol Polisləri törədiblər.
Belə ki, Ucar rayonunun Qaracallı kəndində yaşayan qohumumgildən gələrkən DYP-nə məxsu avtomobil məni arxadan saxla işarəsi verib saxladılar. Mənə bildirdilər ki, sən avtomobili idarə edən zaman telefonla danışırdın.Bunun yalan olduğunu dedim, buna etiraz etdim və bunun çəkiliş kamerasında yoxlanılmasını xahiş etdim.Yol polisləri isə buna əməl etmədilər. Çünki yalan dediklərini bilirdilər.Bundan sonra mənə bildirdilər ki, spirtli içki qəbul etmisən.Mən bununda yalan olduğunu bildirdim.Soruşdum ki, məndən nə istəyirsiniz gah deyirsiniz ki, telefonla danışa-danışa avtomobil idarə edirsən, gahda deyirsiniz ki, sərxoş maşın idarə edirsən.Sonra yol polisləri məndən 200 manat pul istədilər.Mənə dedilər ki, iki nəfərik hərəmizə 100 manat ver çıx get axşam bazarıdır. Mən buna qəti etiraz etdiyim üçün avtomobili zorla əlimdən alıb naməlum istiqamətdə apardılar.Özüm isə gecə vaxtı yolda qaldım. Mənə qarşı kobudluq etdilər söyüş söydülər. Yol polislərinin bu quldurluq hərəkətləri barədə dərhal 102 xidmətinə zəng edib məlumat verib şikayətimi bildirdim. Avtomobilimdə qonaq getdiyim qohumların kənd payı mer-meyvə vermişdilər.Sonradan öyrənə bildim ki, həmin DYP-nin əməkdaşını birinin adı Fikrətdir.Yol polislərinin bu quldurluq hərəkətləri mənə çox pis təsir göstərdi.Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubov nümunəvi dövlət məmurudur ki, belə neqativ halların dərhal araşdırılıb tədbir görməsini təmin edir. Ancaq öz maddi maraqlarını dövlət qanunlarından ali tutan belə yaramazlar polis adına öz çirkn əməlləri ilə ləkə gətirilər.Mən mətbuat vasitəsi ilə DİN-i cənab Ramil Usubova və Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova müraciət edib xahiş edirəm mənə qarşı quldurluq hərəkəti edib istədikləri pulu vermədiyim üçün qanunsuz olaraq avtomobilimi əlimdən alımış DYP-nin iki əməkdaşı barədə qanuna müvafiq tədbir görəsiniz."
Ucar sakini Ramil Usubova müraciət etdi
Ucar sakini Ramil Usubova müraciət etdi
Ucar sakini Ramil Usubova müraciət etdi
Ucar sakini Ramil Usubova müraciət etdi

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.