XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Ucarda naməlum avtomobil piyadanı vurdu

Ucarda naməlum avtomobil piyadanı vurdu

Ucarda naməlum avtomobil piyadanı vurdu
18-12-2017, 17:06

Ucarda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Rəstəcə kənd sakini, 1983-cü il təvəllüdlü Nurlan Əjdər oğlu Hüseynovu naməlum avtomobil vurub.

Ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən N. Hüseynova ilkin tibbi yardım göstərilib, daha sonra müalicəsini davam etdirmək məqsədi ilə paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Hadisənin hansı şəraitdə və hansı növ avtomobillə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.