SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əziz Əzizov öz köməkçisindən niyə çəkinir?

Əziz Əzizov öz köməkçisindən niyə çəkinir?

Tarix:

2-02-2017, 13:56

/ 5 400 dəfə oxundu.
Əziz Əzizov öz köməkçisindən niyə çəkinir?

Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərən Həsənovun qəzəbinə tuş gəlib.

Cəlilabad RİH başçısının son vaxtlar özünü “müstəqil” aparmağa cəhdlər etməsi Kərəm Həsənovu qeyzləndirib: “Məlum olduğu kimi, Cəlilabad rayonu qeyri-rəsmi olaraq Kərəm Həsənovun kurasiyasındadır. Elə rayonun icra başçısı Əziz Əzizov da onun inanılmış kadrlarından sayılır. Ancaq Əziz Əzizovun son vaxtlar komitə sədrilə əvvəlkindən daha az hesablaşmağa cürət etməsi tərəflər arasında narazılığı pik həddə çatdırıb”.

Etibarlı mənbədən əldə etdiyimiz məlumatda qeyd olunur ki, Kərəm Həsənov icra başçısından daha çox, onun köməkçisi Malik Şərbətova inanır: “Malik Şərbətov əslində bu posta məhz icra başçısına nəzarət etmək üçün gətirilib. O, Kərəm Həsənovun inanılmış adamlarındandır. Bu faktın təsdiqi kimi yalnız bir məqamı xatırlatmaq yerinə düşər ki, Malik Şərbətovun bir oğlu Kərəm Həsənovun köməkçisi, digər oğlu isə onun rəhbərlik etdiyi komitədə şöbə müdiri vəzifəsində çalışır”.

Saytın əldə etdiyi başqa informasiyaya görə, Əziz Əzizov çoxdandır ki, bəzi işlərindən köməkçisinin xəbəri olmaması tədbirləri üzərində çalışır. Bu məqsədlə icra başçısı bəzi “mühüm işləri” xidməti otağında deyil, rayondakı özünə məxsus restoranda reallaşdırır. Belə ki, köməkçisinin xəbər tutmaması üçün “mühüm qəbulları” və “əlverişli söhbətləri” gecə saatlarında restoranda təşkil edən Əziz Əzizov bununla Kərəm Həsənovun xəbəri olmadan müəyyən projelərə imza atıb.

Gecə saatlarında restoranda baş tutan ənənəvi “qəbulllar”dan birində isə Əziz Əzizov niyə belə etdiyini məşhur Azərbaycan filmindən çox populyar sitatı gətirməklə izah etməyə çalışıb: “Köməkçi “Qəmlo”nun adamıdı bəy, hər addımımızı güdür”.

Cəlilabad RİH başçısının Kərəm Həsənovdan gizlin hansı işləri həyata keçirməsi haqda isə növbəti yazımızda bəhs edəcəyik.

Şərhlər

XƏBƏR LENTİ