Son günlər Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovla sahibkarların arasındakı gərginliklərlə bağlı davamlı olaraq informasiyalar ictimailəşir ki, bu durum da Əziz Əzizovu trabvay ustalığından hazırki mənsəbinə qədər daşıyan qüvvələri narahat etməkdədir. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda deyilir.
Xəbəri verən mənbə bildirir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova sığınan Əziz Əzizovun əslində Cəlilalabaddan Yasamala gətirilməsi bir çoxları üçün gözlənilməz hesab oluna bilərdi. Mənbənin söylədikləri:
"Çünki Əziz Əzizov Kərəm Həsənovun etibarlı adamıdır və adları külli miqdarda maliyyə maxinasiyalarında hallanır. Belə bir şəraitdə bu ayrılmaz ittifaqa daha çox sərf edərdi ki, Əziz Əzizov bir etibarlı fiqur olaraq Kərəm Həsənovun doğma rayonunda qalsın. Amma nə qədər? Artıq Əziz Əzizovun vəzifə başına 20 illiyini də görəcəkdik ki, dəyişiklik qərarı verildi. Əziz Əzizov Kərəm Həsənov üçün elə də yad olmayan, bəlkə də Cəlilabaddan da qat-qat artıq doğma olan Yasamala gətirildi. Çünki bu rayonda komitə sədrinin böyük biznes şəbəkəsi var".
Mənbə bildirir ki, Kərəm Həsənov Əziz Əzizovu Yasamala gətirtməklə biznesinə ola biləcək administrativ basqıları da bir növ sığrtalamış oldu. Mənbə bildirir: "İndi isə Əziz Əzizov Yasamalda kifayət qədər narazılıqlar yaradan bir başçı kimi diqqətə gəlir. Unutmaq olmaz ki, bura Bakıdır, Cəlilabad deyil və baş verənlər anındaca kimlərinsə taleyini həll edə bilər. Necə ki, Əziz Əzizov dünən bir uşaq bağçasının qapılarını qıfıllamağa göndərildi, eləcə də onun arxasınca da gələ bilərlər. Məhz belə bir aqibət Kərəm Həsənov üçün ən arzuolunmaıdır və bundan sonra da komitə sədrinin Yasamalı yenidən fəth edə bilməsi heç bir halda mümkün olmayacaq. Eyni zamanda belə bir aiqbət neqativ zəncirinin Kərəm Həsənovun özünə qədər uzanmasını da mümkün edə bilər".
Mənbəyə görə, bu baxımdan Kərəm Həsənov Əziz Əzizovla daha sərt üsullarla təmasını davam etdirəcək. Dia.az-a deyilənlər: "Bu, daha çox gözlənilir. Əziz Əzizov nə qədər əziz olsa da, vəzifə ondan da əzizdir".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ