SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Alı Alıyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib

Alı Alıyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib

Tarix:

31-01-2017, 10:24

/ 1 825 dəfə oxundu.
Alı Alıyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib

Horadiz şəhəri Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanı müzakirə olunmuşdur.
Alı Alıyev bildirib ki, Prezident cənab İlham Əliyevin məcburi köçkünlərə vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanını onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti addımdır. Yemək xərci müavinəti və kommunal ödənişlərə görə tətbiq olunan güzəştlərin birləşdirilərək vahid aylıq müavinət formasında hər bir məcburi köçkünün birbaşa özünə verilməsini ədalətli addım adlandıran Alı Alıyev bildirib ki, bundan sonra məcburi köçkünlər onlara aylıq müavinət formasında veriləcək 36 manat vəsaiti özləri istədikləri formada istifadə edəcəklər. Yəni hər bir məcburi köçkün ailəsi özü hesablayacaq ki, həmin puldan kommunal xərclərə nə qədər ayıracaq, digər ehtiyaclarını qarşılamağa nə qədər xərcləyəcək.
Alı Alıyev bildirib ki, bununla da işıq, qaz və sudan istifadədə israfçılığa yol verilməyəcək, qənaət məsələsi yaranacaqdır.
Çıxış edənlər məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin Fərmanını məcburi köçkünlərə olan növbəti diqqət və qayğısı kimi dəyərləndiriblər.
Alı Alıyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib
Alı Alıyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib

Şərhlər

XƏBƏR LENTİ