Adına ev olan köçkünlərə pul verilməyəcək
Məcburi köçkünlərə verilən müavinətlər dayandırılır.
xalqxeber.az xəbər verir ki, bu haqda artıq məcburi köçkün rayonlarının icra hakimiyyətlərinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təlimat göndərilib. Təlimatda bildirilib ki, adına torpaq, ev olan və həmçinin, dövlət qulluğunda çalışan məcburi köçkünlər dövlətdən müavinət ala bilməyəcək. Təlimata adına ev, torpaq olan məcburi köçkünlərin siyahısı da əlavə edilib.
Qeyd edək ki, məcburi köçkünlərin müavinətlərinə çörək pulu və kommunal xidmətlər daxildir. Ölkə başçısının ötən gün verdiyi fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub