SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Dəfələrlə ciddi təhlükələrin qarşısını almışıq" - GİLEY

"Dəfələrlə ciddi təhlükələrin qarşısını almışıq" - GİLEY

Tarix:

12-03-2024, 09:10

/ 943 dəfə oxundu.
"Dəfələrlə ciddi təhlükələrin qarşısını almışıq" - GİLEY

Astara rayonu, Şiyəkəran kənd sakinləri Babazadə Yusif Aslan oğlu və Vəliyev Elçin Saleh oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər kəndin işıq xətlərinin yararsız olmasından şikayətçidirlər.
“Mən, Babazadə Yusif Aslan oğlu və həmkəndlim Vəliyev Elçin Saleh oğlu, yazaraq sizdən xahiş edirik ki, şikayətimizi dərc edəsiniz.

Bildiririk ki, biz iki qonşu işıqsız qalmışıq. Bizim işıq xətlərimiz ağacların vasitəsilə çəkilmişdir. Bu yaxınlarda gətirib transformator yerləşdiriblər. Bütün kənd sakinləri işıqdan faydalanıb, amma 2 qazi evi işıqsız qalıb.

Astara rayon işıq idarəsi bizim şikayətimizə baxmadığı üçün media vasitəsilə müraciət edirik. İndiki zəmanədə işıqsız ev nə deməkdir?

Üstəlik, ağacların üzərində olan naqillər çox fəsadlar yaradır. Dəfələrlə ciddi təhlükələrin qarşısını almışıq.

Biz iki qazi ailəsi olaraq xahiş edirik ki, müraciətimizi cavabsız qoymayın”. 

Şərhlər

XƏBƏR LENTİ