SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 30 ildir Azərbaycanda yaşayır, 4 övladı var, vətəndaşlıq verilmir - GİLEY

30 ildir Azərbaycanda yaşayır, 4 övladı var, vətəndaşlıq verilmir - GİLEY

Tarix:

6-02-2024, 08:40

/ 189 dəfə oxundu.
30 ildir Azərbaycanda yaşayır, 4 övladı var, vətəndaşlıq verilmir - GİLEY

Goranboy rayonu, Tatarlı kənd sakini Nuralıyev Elçin Novruz oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, Qazaxıstan vətəndaşı olan həyat yoldaşı ilə birgə 30 ildir Azərbaycanda yaşasalar da, xanımını ölkə vətəndaşlığına qəbul etmirlər:

“Mən, Nuralıyev Elçin Novruz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

30 ildir Qazaxıstan vətəndaşı olan bir xanımla ailə qurmuşam. Bu evlilikdən 4 oğlumuz var. Hər biri də hərbi xidmətdə olublar.

Bütün bunlara baxmayaraq, uşaqların anasına hələ də vətəndaşlıq verilmir. Dəfələrlə müraciət etmişik, 1 illik, 5 illik qeydiyyat vəsiqəsi almışıq, amma vətandaşlıq verilmir.

İmtahan etdilər, 1 sualı cavablandıra bilmədiyi üçün ona vətəndaşlıq verilmədi. 30 ildir Azərbaycanda yaşayan, ailə quran xanıma dövlətimiz vətəndaşlıq vermir.

İndi də yoldaşımın səhhətində ciddi problemlər var, sərhədi keçə bilmir. Bunun bir yolu, bir çıxışı varmı? Mənə bildirirlər ki, məhkəməyə müraciət et. Nəzərə almırlar ki, 30 ildir Azərbaycanda yaşayan qadın çarəsiz vəziyyətdə qalıb.

Mən Azərbaycan vətəndaşı olaraq, səlahiyyətli orqanlardan xahiş edirəm, 4 övladlı ananın vətəndaşlığa alınmasına kömək edin”.

Şərhlər

XƏBƏR LENTİ