TÜRKSOY: “İnsanların yaşadığı, tarixi abidələrin olduğu əraziləri dağıtmaq nə deməkdir?”
“İnsanların yaşadığı, tarixi abidələrin olduğu əraziləri dağıtmaq nə deməkdir? Bu barədə məndən öncə məruzə edənlər Qarabağda tarixi abidələrə vurulmuş ziyanlardan danışdılar. Tarixin insan əli ilə məhv edilməsi acınacaqlıdır”.
Bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf deyib.
O bildirib ki, hər il tarixi abidələrin qorunmasına ciddi diqqət ayrılır:
“UNESCO-nun mədəni irsin qorunması siyahısı var. Düşünürəm ki, bu siyahı genişləndirilməlidir. Çünki türk dünyasının tarixi dərindir. Bizim ilk məqsədimiz bu mədəni irsi bütün türk dünyasından toplamaqdır. Bu mədəniyyətin bu günə qədər gəlib çatan nümunələri qorunmalıdır. Türkiyədən kənara gedəndə Səmərqəndi, İçərişəhəri tanımayanları görürəm. Bu məni çox üzür. Parisdə bir qülləni tutub gedirik. Nə qədər belə davam edə bilər?
Türk dünyası ölkələrində hansı torpağı qazsan, altından tarix çıxır. Bu zəngin tarixin qədrini bilmək lazımdır. Qardaş dövlətlər bir-birimizlə çiyin-çiyinə çalışsaq, bizim tariximizdə mədəniyyətimiz daha heç vaxt insan əli ilə dağıntılara məruz qalmaz”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır