“Bu il Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsi başa çatdırılacaq” - Saleh Məmmədov
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2023-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsinin başa çatdırılmasını hədəfləyir.
Bunu AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov “Azərbaycan” qəzetində dərc edilən “Zəfər yollarının qüdrətli qurucusu” adlı yazısında deyib.S. Məmmədov o cümlədən hazırda bu ərazilərdə icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşasının həyata keçirildiyini bildirib:
“Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərimizdə 2026-cı ilə qədər 2 300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur”.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci il oktyabrın 3-də uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu, 2021-ci il noyabrın 7-də uzunluğu 101,5 km olan Zəfər yolu istifadəyə verilib. 2022-ci ilin oktyabrında Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsinin, 2023-cü ilin mayında isə 8,2 kilometrlik hissəsinin açılışı olub. 2022-ci ildə həmçinin Laçın şəhərinə daxil olmadan 22 km-lik yeni alternativ avtomobil yolunun tikintisi başa çatdırılıb. 2023-cü ilin may ayında Füzuli-Hadrut avtomobil yolunun tikintisi tam yerinə yetirildi. Eyni zamanda Zəngəzur dəhlizinin mühüm elementi olan 123,6 km-lik 1-ci texniki dərəcəli Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd layihəsi üzrə işlərin böyük hissəsi artıq görülüb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır