SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ermənistan MN-in yalanının üstü açıldı: Əsir götürüldüyü iddia edilən azmış hərbçi tapıldı

Ermənistan MN-in yalanının üstü açıldı: Əsir götürüldüyü iddia edilən azmış hərbçi tapıldı

Tarix:

22-03-2023, 13:52

/ 302 dəfə oxundu.
Ermənistan MN-in yalanının üstü açıldı: Əsir götürüldüyü iddia edilən azmış hərbçi tapıldı

Ermənistan Azərbaycan tərəfindən əsir götürüldüyünü iddia etdiyi hərbçisini tapıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, martın 21-də avtomobillə hərbi istehkamlara ərzaq apararkən itkin düşən Ermənistan Silahlı Qüvvələrinin hərbçisi M.Q. martın 22-də aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb.

Əsgərin həyatı üçün təhlükənin olmadığı vurğulanır.
Xatırladaq ki, martın 21-də erməni hərbçinin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi iddia edirdi ki, guya onu Azərbaycan hərbçiləri əsir götürüblər. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatı təkzib etmişdi.

Mənbə: NEWS.am

Şərhlər

XƏBƏR LENTİ