SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Azərbaycanla əməkdaşlığımızı hər sahədə zirvəyə qaldıracağıq” - Ərdoğan

“Azərbaycanla əməkdaşlığımızı hər sahədə zirvəyə qaldıracağıq” - Ərdoğan

Tarix:

29-05-2022, 19:00

/ 363 dəfə oxundu.
“Azərbaycanla əməkdaşlığımızı hər sahədə zirvəyə qaldıracağıq” - Ərdoğan

“Qardaşım Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə iki ölkənin dostluğunu və əməkdaşlığını hər sahədə zirvəyə qaldıracağıq”.

Xalqxeber.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Bakıda keçirilən “Texnofest Azərbaycan” texnoloji festivalında iştirakından danışan Türkiyə Prezidenti Prezident İlham Əliyevin şəxsində onları məhəbbətlə qarşılayan Azərbaycan xalqına təşəkkür edib: “Azərbaycan Prezidenti ilə görüşümüzdə mükəmməl səviyyədə olan ikitərəfli əlaqələrimizi və Qarabağ Zəfərindən sonra bölgəmizdəki vəziyyəti nəzərdən keçirdik. Heyətimizdəki nazirlər də azərbaycanlı həmkarları ilə əməkdaşlığın inkişafı ilə bağlı faydalı görüşlər keçiriblər. Qarabağın nəqliyyat infrastrukturunun qurulması, yaşayış məntəqələrinin salınması və istehsalın bərpası da daxil olmaqla, dəstəklərimizi davam etdirəcəyik. Kənd təsərrüfatı ərazilərinin becərilməsi ilə bağlı müvafiq qurumlarımızla, şirkətlərimizlə birlikdə azərbaycanlı qardaşlarımızla ortaq fəaliyyət göstərəcəyik. Beləliklə, azərbaycanlı qardaşlarımızın illərlə həsrətini çəkdikləri ata torpaqlarına tezliklə qovuşmasına dəstək verəcəyik”.

Şərhlər

XƏBƏR LENTİ