SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyevdən Kəlbəcərlə bağlı 24.5 milyon manatlıq SƏRƏNCAM

İlham Əliyevdən Kəlbəcərlə bağlı 24.5 milyon manatlıq SƏRƏNCAM

Tarix:

22-06-2021, 21:51

/ 661 dəfə oxundu.
İlham Əliyevdən Kəlbəcərlə bağlı 24.5 milyon manatlıq SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 24.500.000,0 (iyirmi dörd milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Şərhlər

XƏBƏR LENTİ