SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Başkənd kəndi müzakirə mövzusu ola bilərmi?

Başkənd kəndi müzakirə mövzusu ola bilərmi?

Tarix:

25-05-2021, 13:43

/ 916 dəfə oxundu.
Başkənd kəndi müzakirə mövzusu ola bilərmi?

Son günlər Ermənistanın baş naziri N.Paşinyanın ərazi mübadiləsi və mübahisəli ərazilər, sərhədlərin demarkasiyası prosesi ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyət arasında da birmənalı qarşılanmayıb.- “Gədəbəy rayonunun Başkənd kəndi mübahisəli ərazi kimi qeyd edilməsi isə Şınıx bölgəsinin yenidən blokadaya düşməsinə səbəb ola bilər.”
Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi əslən həmin regiondan olan Şəfayət Avılbəyli məsələ ilə bağlı açıqlamasında bu bölgənin insanlarının birinci Qarabağ savaşında min əziyyətlərə qatlaşdığını qeyd edib.
-Vaxtilə Rayonun Şınıx bölgəsinə, oradakı kəndlərlə əlaqələrin kəsilməsi  süni şəkildə ermənilərin köçürərək, məhz bu günümüzə münaqişə ocağı kimi zəmin yaradılan  Başkənd kəndi olmuşdur. Necə ki,torpaqlarımız zaman-zaman parçalanaraq ermənilərə verilmişdir, Başkənd də bu siyasi avantüranın qurbanı olmuşdur. 1992-ci ilə kimi bu kənd quldur yuvası rolunu oynamışdır. Və nəhayət 1992-ci ildə Başkənd erməni quldurlarından təmizlənmiş əzəli sahiblərinə qovuşmuşdur. Hansı erməni torpağından söhbət gedə bilər?
1920-ci ildən sonra tarixə nəzər saldıqca qarış-qarış ermənilər bütün sərhəd boyu torpaqlarımıza giriblər. SSRİ rəhbərliyinin arxasına sığınaraq, min bir hiylələrlə, iddialarla ancaq bizlərdən torpaq qoparıblar. Nümunələr çoxdur. Məhz Şınıx inzibati ərazisi hesab edilən Tağılar kəndi  bu qəbilədən deyilmi? 1969-cu ilin noyabr ayının 17-də imzalanmış 3 bənddən ibarət razılaşma əsasında Tağılar kəndi Ermənistana verilib.Əsası isə ərazinin inkişafı bizdə olanda mümkün olmayıb. 
Eyni ssenarilər digər sərhəd bölgələrimizdə də baş verib. “Mən sadəcə Gədəbəyin sərhəd bölgələrində 1987-ci ildə  ermənilər tərəfindən traktorlarla bir ayın içində o bölgədə sərhəd şırımı çəkmələrinə diqqət yetirirəm.Mənim yaşıdlarım və o bölgədə yaşayanlar bu tarixi hadisəni yaxşı xatırlyarlar. O zaman sərhəd çəkiləndə yenə sapı özümüzdən olan baltalar  “Kor Vəli”,”Seyidin qəbri” , “Qaranlıq dərə”, “Acı qoyuqluq” adlanan hektarlarla biçin və otlaq yerlərimizi ermənilərə verdilər. Həmin ili ot biçənlər bu ədalətsizliyə qarşı çıxaraq Rayon Partiya Komitəsinin xidməti maşınlarını yandırdılar.Həmin ərazilərin ermənilərə verilməsinə qarşı çıxdılar. “Ziyadın dəstəsi” deyilən bir qrup var idi. Ot tədarükü üçün əvvəllər kolxozlarda bu kimi ot biçən qrupları yaradılırdı. Demək olar ki, bu hadisədən məsul tutaraq həmin qrupun üzvlərini rayon polisində gün verib işıq vermədilər.1988-ci ildən sonra münaqişə başlayandan sonra artıq hər şey aydın olmuşdu. İndi o otlaq sahələridə erməni ərazisi kimi qalmaqdadır.Ona görə də yenidən Başkəndə ermənilərin qayıtması Şınıx bölgəsi üçün real təhlükədir.”

Şərhlər

XƏBƏR LENTİ