SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Tarixi həqiqətlərin təhrif olunması yolverilməzdir

Tarixi həqiqətlərin təhrif olunması yolverilməzdir

Tarix:

15-04-2021, 09:33

/ 2 921 dəfə oxundu.
Tarixi  həqiqətlərin təhrif olunması yolverilməzdir

Aprelin 13-də ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransda iştirak edən Prezident İlham Əliyev dünyanın aparıcı beyin mərkəzləri nümayəndələrinin vasitəsilə həqiqətlərimizi bir daha dünyaya çatdırdı.  
Azərbaycan 44 gündə  BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini icra edərək haqqı, ədaləti bərpa etdi, işğala son qoydu, işğalçı Ermənistanın və ona havadarlıq edən dövlətlərin taktikasını açıqladı. Tarixi ədalətin bərpa olunması istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qələbə əzmi  bu günədək ölkəmizə qarşı  dövlətlərin hansı mövqedə dayandıqlarına, ən əsası kimin  münasibətlərdə səmimi və ədalətli olduğuna işıq saldı. Dövlətimizin başçısı  istər İkinci Qarabağ müharibəsi dövründə   xarici mətbuata müsahibələrinə, istər yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfrasına, istərsə də ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı  beynəlxalq konfransa diqqət yetirmək kifayətdir. Müxtəlif dövlətləri təmsil edən televiziya kanallarının suallarını   diplomatik şəkildə, səbr və təmkinlə, tarixi faktların dili ilə cavablandıran Prezident İlham Əliyevin  tarix və hüquq dərsləri Azərbaycanın nəinki döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində  üstünlüyünü bir daha təsdiqləyir. Ölkə Prezidenti bir daha müharibənin nə zamanadək davam edəcəyini, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyalarını yerinə yetirərkən neytrallığı qorumamalarını, ən əsası Rusiya, Fransa və ABŞ-ın təşəbbüsü ilə əldə edilən atəşkəs razılaşmasının  üç dəfə Ermənistan baş nazirinin əmrinə uyğun olaraq sərhəddən xeyli uzaqda olan yaşayış məntəqələrimizin, iki dəfə Gəncənin, üçüncü dəfə Bərdənin raket atəşinə tutulması nəticəsində kobud şəkildə pozulmasını, həmçinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşündən sonra işğaldan azad edilən torpaqlarımızın atəşə tutulmasını və sair məqamları  bir daha xatırladaraq,  işğalçı dövlətin taktikasının nədən ibarət olduğunu geniş auditoriyaya çatdırdı. 
Dövlətimizin başçısı İlham Əliyevin informasiya cəbhəsində Azərbaycanın qalibiyyətini təmin etmək üçün atdığı addımlar  bəzən bilərəkdən, bəzən isə bilməyərəkdən, daha çox isə Ermənistana dəstəkdən  həqiqətlərimizi inkar yolunu tutan beynəlxalq hüquq müdafiə təşkilatlarının mövqelərində də dəyişikliklərə yol açmışdır.  Ermənistan silahlı qüvvələrinin  qadağan edilmiş silahlardan istifadə etdiyi beynəlxalq hüquq təşkilatlar tərəfindən də təsdiqlənir.  “Amnesty International” və  “Human Rights Watch” beynəlxalq hüquq təşkilatlarının hesabatları bu baxımdan diqqətçəkən oldu. Bu qurumların daim Azərbaycana qarşı qərəzli mövqedə dayanmaları, Ermənistanı müdafiə edən təşkilatlar kimi imic qazanmaları hər kəsə məlumdur.  Bu qurumların hesabatları göstərdi ki, artıq həqiqəti gizlətmək cətinləşir.  
İşğalçı Ermənistan illərdir dünyaya münaqişə ilə bağlı yalan informasiya yayırdı, həqiqətləri özünün yalan təbliğatının arxasında gizlətməyə çalışırdı. Münaqişənin diplomatik yolla həllinin mümkün olmadığını bildirən Ermənistanın baş naziri Nikol Paşinyanın bu sərsəmliyinin əksinə olaraq havadarları hərb yolunun mümkünsüzlüyünü qeyd edirdilər. Tarixi ədaləti bərpa edən Azərbaycan Ordusu münaqişənin hərb yolu ilə həlli variantının mümkünlüyünü nümayiş etdirir. 6 şəhər, 5 qəsəbə, 300-ə yaxın yaşayış mənqələrimiz işğaldan azad edildi.  
Mayasında yalan, hiylə və xəyanət olan ermənilər  törətdikləri müharibə cinayətlərini, vəhşilikləri ört-basdır etmək üçün total yalan və feyklərdən istifadə edirlər.  Bu günə qədər ermənipərəst siyasəti ilə diqqətdə olan, Azərbaycanın əleyhinə təbliğat aparan bir qrup  beynəlxalq hüquq müdafiə təşkilatlarının bu gün ölkəmizin, ordumuzun ədaləti bərpa etməsinə öz dəstəyini göstərərək Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadə etdiklərini təsdiqləməsi də  diplomatik uğurlarımızın tərkib hissəsidir. 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlardan konkret əməli işə keçəcəyinə inam nümayiş etdirən Azərbaycan dövləti, xalqı səbrinin tükənməz olmadığını göstərərək  Dağlıq Qarabağ probleminin ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha  işğalçı Ermənistana və havadarlarına  çatdırdı.  Ermənilərin feyk xəbərləri fiaskoya uğradı.
Saxta tarix yazmaq çıxış yolu deyil. Bu saxtalıq gec-tez həqiqət qarşısında aciz duruma düşür. Necə ki, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində diz çökdü, kapitulyasiya aktına imza atdı. Azərbaycanın informasiya, eyni zamanda, döyüş meydanında üstünlüyünü şərtləndirən əsas amillərdən biri məhz öz gücünə, beynəlxalq hüquqa, tarixi faktlara söykənməsidir.

 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ