SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır

Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır

Tarix:

2-05-2022, 11:33

/ 472 dəfə oxundu.
Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır

 
Son vaxtların siyasi prosesləri göstərdi ki, Azərbaycan Qafqazda sağlam siyasi və iqtisadi mühitin yaranmasının bilavasitə təminatçısıdır. Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat xətləri Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanın beynəlxalq əhəmiyyətli tərəfdaş kimi əhəmiyyətini hər zaman zəruri edir.
Aprelin 29-da ölkəmizin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq foruma  ev sahibliyi etdi. Dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin və media nümayəndələrinin iştirak etdikləri forumun əhəmiyyəti həm müzakirə edilən mövzu, həm keçirildiyi məkan baxımından olduqca əhəmiyyətlidir.
Aprelin 28-də Şuşada işinə başlayan və bu gün Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi.
Dövlət başçısı cənab İlham Əliyev  tədbirdə iştirak edərək çıxış etmişdir. Prezident  İlham Əliyev bu fikri xüsusi qeyd etdi ki,  bu cür ənənəvi görüşlər  planlarımızı və məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından çox əhəmiyyətlidir. Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimizdə və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib. Bütün şəhər və kəndlərimiz vəhşicəsinə dağıdılıb.
Dövlət başçısı qeyd edib ki, “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək.”
Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası, avtomobil və  dəmir yollarının çəkilişi,  iqtisadi əlaqələrin qurulması  məsələlərinin müzakirəsi və sair kimi mühüm məqamlar regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir.  Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyəsi hesabına, həmçinin digər aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə genişmiqyaslı infrastruktur layihələri icra edir.
Günün reallığı budur ki, Cənubi Qafqaz regionu inkişaf etmək istəyirsə onun ayrılmaz hissəsi olan Azərbaycan Respublikasının Qarabağ regionunun bərpasına və Zəngəzur dəhlizinin açılmasına  həm Ermənistan,həm də digər iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlər mane olmamalı və yeni reallıqla barışmalıdırlar. 30 il işğal altında qalan torpaqlarını 44 gün ərzində azad edən Azərbaycan xalqı inanaırıq ki, bu iqtisadi müharibədən də qalib çıxacaq.
 
Aysel Mənsimova  - politoloq

Şərhlər

XƏBƏR LENTİ