SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Tarix:

2-03-2021, 15:39

/ 735 dəfə oxundu.
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Prezident İlham Əliyevin fevralın 26-da beynəlxalq media pnümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətləri, regionda yaranmış yeni reallıqlar və bölgənin gələcəyinə yeni baxış nöqteyi-nəzərindən kifayət qədər uğurlu oldu. Dövlətimizin başçısı bütün suallara tutarlı, dəqiq və faktlarla cavab verərək, aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi. Bu mətbuat konfransı ilə Prezident İlham Əliyev informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi.
Dövlətimizin başçısı mətbuat konfransında Vətən müharibəsindən sonra meydana çıxan və ictimaiyyəti maraqlandıran bütün sualları cavablandırmaqla bəzi aktual məqamlara aydınlıq gətirərək Azərbaycan-Türkiyə əməkdaşlığına xüsusi yer verdi. Qeyd edildi ki, Türk Silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında əməkdaşlıq uzun tarixə malikdir. Bütün dövrlərdə Türkiyə və Azərbaycan bir yerdə olublar. Dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, xüsusi ilə də hərbi sahədəki əməkdaşlıq çox geniş inkişaf edir. 44 günlük müharibə günlərində Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, böyük üstünlüyü təmin etmişdir. Türkiyə tərəfi ilə yeni kontraktlar imzalanaraq Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Bu, Azərbaycan Ordusunun hərbi gücümüzü böyük dərəcədə gücləndirəcəkdir.
Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Ölkələrimiz arasında birgə hərbi təlimlərə də xüsusi önəm verilir. Təkcə 2019-cu ildə həm Bakıda, həm də Türkiyədə 10-dan çox birgə hərbi təlim keçirilib. Bu il də artıq birinci təlim keçirilib.
Türkiyəli jurnalistin sualını cavablandıran Prezident İlham Əəliyev bildirdi ki, Qarabağ ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması üç ölkənin müştərək qərarıdır və bu Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsi deməkdir. Bu tarixi hadisə sayıla bilər. Ermənistan isə sadəcə olaraq, bununla razılaşmalı oldu. Hazırda Azərbaycana Türkiyədən böyük bir heyət gəlib. 100 nəfərdən çox heyət, minaların təmizlənməsi işləri və təlim kursları aparılmışdır. Bu fəaliyyət davam etdirilir.
Olkə başçısı qeyd etdi ki, bundan sonra müxtəlif sahələrdə, xüsusilə hərbi sahədə əməkdaşlığımız davam etdiriləcəkdır. Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Buna görə də Azərbaycanda Türk Ordusunun kiçik modelinin yaradılması nəzərdə tutulub. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib.
Azərbaycan Ordusu müharibə dövründə yeni təcrübə topladı. Çünki bizim ordumuz demək olar ki, müharibələrdə iştirak etmirdi. İndi müharibə çox böyük bir təcrübədir. Biz bu təcrübədən düzgün nəticə çıxarmalıyıq. Böyük uğurlarımız olub. Eyni zamanda, müharibə dövründə müəyyən çatışmazlıqlar da olub ki, bu problemlər də qısa vaxtda həll edilib.
Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası vardır. Bir çox sənədlər, ikitərəfli müqavilələr imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib. Bu istiqamərdə işlər davam etdirilir.
Mətbuat konfransında Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, Ikinci Vətən müharibəsi günlərində qardaş Türkiyə daim Azərbaycanın yanında oldu. Türkiyə Prezidenti, Türkiyənin müdafiə naziri, xarici işlər naziri və digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu Azərbaycana çox böyük siyasi və mənəvi dəstək, eyni zamanda, bütün dünyaya bir siqnal oldu.
Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir və gələcəkdə də davam edəcəkdir.

İsrafil Kərimov – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ