Əflatun Amaşov Prezidentin mətbuat konfransından yazdı: - “Həm tarix, həm də siyasət dərsi idi”
"Prezident İlham Əliyevin yerli və xarici ölkələrin kütləvi informasiya vasitələri üçün videoformatda keçirdiyi mətbuat konfransı az öncə başa çatdı. Konfransı diqqətlə izlədim. Xarici jurnalistlərdən birinin sual verməzdən öncə sözü belə oldu ki, cənab İlham Əliyev mətbuat konfransı keçirmək baxımından rekord qırır. O, eyni zamanda bildirdi ki, neçə illik jurnalistlik təcrübəsində ilk dəfədir bu qədər uzun müddət ərzində davam edən mətbuat konfransında olur".
Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
"Açığı, xanım jurnalist bu fikirlərini bildirməyənədək heç məsələnin fərqinə varmırdım. Dövlət başçımızın keçirdiyi mətbuat konfransının davamiyyət müddəti 4 saatdan artıq oldu. Sualların sayı 50 idi. Prezident 50 sualın hər birinə dolğun və ətraflı cavab verdi. Amma onu da düşünürəm ki, bu mətbuat konfransı yalnız vaxt müddətinin uzunluğu deyil, eyni zamanda suallara cavabların əhatəliliyi baxımından tarixə düşəcək bir tədbirdir",-deyə Şura sədri bildirib.
Ə.Amaşov əlavə edib ki, bu konfrans Azərbaycan və regionla bağlı həm tarix, həm də siyasət dərsi idi: "Prezident sözün əsl mənasında dərs verirdi. O dərsdə Azərbaycanın dünəni və bu günü səhifə-səhifə vərəqlənirdi. O dərsdə Azərbaycan bir əzəmət və vüqar simvolu idi. Nəhayət, o dərs əsl dövlət adamının, liderin püxtələşmiş obrazının təntənəsiydi. Arxayın, təmkinli, hər sözü, hər kəlməsi dünyaya bir mesaj olan, hər sözü ilə siyasi hikmət aşılayan liderin. Qürur duydum".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?