Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri fevralın 18-dən 19-dək davam edəcək.
Bunu Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb.
Səfər çərçivəsində M.Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşəcək. Prezident İlham Əliyev XİN başçısını qəbul edəcək.