
Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
M. Çavuşoğlu Bakıda Azərbaycan və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşünə qatılacaq. O, "Asiyanın ürəyi-İstanbul prosesi"nin xarici işlər nazirlərinin toplantısında da iştirak edəcək.