SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər" - Prezident İlham Əliyev

"Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər" - Prezident İlham Əliyev

Tarix:

23-01-2020, 10:19

/ 914 dəfə oxundu.
"Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər" - Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli Mixail Solomonoviç.

70 illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə haqlı olaraq nüfuz və hörmət qazandırıb. Dəyişməz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyət formulu” layihəsi Sizin xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində bütün dünyada tamaşaçı auditoriyasında çox populyardır.

Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər. Siz uzun müddətdir ki, Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə böyük töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə kömək edirsiniz.

Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Şərhlər

XƏBƏR LENTİ