Mixail Qusman Mehriban Əliyevaya məktub yazdı
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub göndərib.
Məktubda deyilir:
"Çox hörmətli Mehriban Arif qızı,
Doğum gününüz münasibətilə Rusiyanın TASS informasiya agentliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.
Sizin səmərəli fəaliyyətiniz, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər həyat sahələrinin inkişafına qiymətli töhfəniz Azərbaycan Respublikasının firavanlığını ilbəil artırır. Sizin enerjiniz və məqsədyönlülüyünüz sayəsində Azərbaycan xalqının mədəni irsi bütün dünyaya məlumdur, Azərbaycan ilə Rusiya arasında dostluq və qarşılıqlı anlaşma isə möhkəm və etibarlıdır.
Bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən tükənməz enerji, nikbinlik, uğurlar, xoşbəxtlik və firavanlıq arzu edirəm. Qoy, bütün arzularınız həyata keçsin, bütün təşəbbüsləriniz uğurlu olsun. Azərbaycan xalqına sülh və xoş günlər diləyirəm!".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...