MSK-dan Zaur Qurbanovla bağlI qərar - məhkumluğu var...
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanovun müraciətinə baxılıb.
MSK üzvü Bəxşeyiş Əsgərov deyib ki, 20 yaslı Nərimanov Dairə Seçki Komissiyası dekabrın 18-də Z. Qurbanovun namizədliyinin irəli sürülməsini təsdiq edib.
B. Əsgərov nəzərə çatdırıb ki, Z. Qurbanov Cinayət Məcəlləsinin 228.3-cü maddəsinə əsasən ağır cinayətə görə məhkum edilib. Onun sözlərinə görə, Z. Qurbanov əfv edilsə də, məhkumluq götürülmür. Çünki ağır cinayətlərə görə 6 il keçməlidir ki, məhkumluq götürülsün. Yaxud məhkəmənin hökmü ilə məhkumluq götürülə bilər: "Zaur Qurbanov 2014-cü ildə əfv edilib, 2020-ci ildə məhkumluq götürülürdü. Məhkum edilən şəxslər isə deputat ola bilməzlər. Buna görə də 20 saylı Nərimanov İkinci Dairə Seçki Komissiyasının Z. Qurbanovun namizədliyinin qeydə alınması barədə qərarı ləğv olunmalıdır”.
Daha sonra məsələ səsverməyə çıxarılıb və MSK 20 saylı Nərimanov İkinci Seçki Dairəsinin Z. Qurbanovun deputatlığa namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi barədə qərarını ləğv edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?