MSK-dan Zaur Qurbanovla bağlI qərar - məhkumluğu var...

MSK üzvü Bəxşeyiş Əsgərov deyib ki, 20 yaslı Nərimanov Dairə Seçki Komissiyası dekabrın 18-də Z. Qurbanovun namizədliyinin irəli sürülməsini təsdiq edib.
B. Əsgərov nəzərə çatdırıb ki, Z. Qurbanov Cinayət Məcəlləsinin 228.3-cü maddəsinə əsasən ağır cinayətə görə məhkum edilib. Onun sözlərinə görə, Z. Qurbanov əfv edilsə də, məhkumluq götürülmür. Çünki ağır cinayətlərə görə 6 il keçməlidir ki, məhkumluq götürülsün. Yaxud məhkəmənin hökmü ilə məhkumluq götürülə bilər: "Zaur Qurbanov 2014-cü ildə əfv edilib, 2020-ci ildə məhkumluq götürülürdü. Məhkum edilən şəxslər isə deputat ola bilməzlər. Buna görə də 20 saylı Nərimanov İkinci Dairə Seçki Komissiyasının Z. Qurbanovun namizədliyinin qeydə alınması barədə qərarı ləğv olunmalıdır”.
Daha sonra məsələ səsverməyə çıxarılıb və MSK 20 saylı Nərimanov İkinci Seçki Dairəsinin Z. Qurbanovun deputatlığa namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi barədə qərarını ləğv edib.