Milyonluq TENDER: Ekoloji risk yaranır? - FOTO
Paytaxtda kommunal təyinatlı məhsulların alınması üçün iri həcmli satınalma həyata keçirilir. Söhbət, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi milyonluq tenderdən gedir.
Alınacaq məhsullar arasında 7 min kiloqram zibil torbası da yer alır. Bu isə, təkcə ayrılan vəsaitin həcmi deyil, həm də həmin məhsulların istifadəsindən sonra yaranacaq tullantıların taleyi ilə bağlı suallar doğurur.“Əgər həmin torbalar və onların içində toplanan tullantılar effektiv şəkildə çeşidlənərək təkrar emala yönləndiriləcəksə, bu çox yaxşıdır. Yox, əgər yönləndirilməsə və sadəcə poliqonlara göndərilərsə, bu zaman tullantıların ətraf mühitə yayılma riski yaranır”
O əlavə edib ki, Azərbaycanda tullantıların idarə olunması istiqamətində son illər müəyyən irəliləyişlər olsa da, xüsusilə bəzi regionlarda infrastruktur hələ də zəifdir və problemlər qalmaqdadır.
Onun sözlərinə görə, bu sahədə yerli bələdiyyələrin prosesə daha aktiv cəlb olunması tullantıların toplanması və emalı sisteminin təkmilləşdirilməsinə töhfə verə bilər. Ekoloq həmçinin bəzi bölgələrdə tullantıların hələ də nəzarətsiz şəkildə atıldığını və basdırıldığını vurğulayıb.
Ajans.az XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?