Mingəçevirdə Namiq Tanrıverdiyevin rəhbərlik etdiyi idarədən narazılıq - Vətəndaş analıq məzuniyyəti ödənişini ala bilmir...
"Real Azərbaycan"a müraciət edən Həsənov Amil Oruc oğlu Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin fəaliyyətindən narazılığını ifadə edib.
Şikayətçinin sözlərinə görə, həyat yoldaşı 12 may tarixində analıq məzuniyyətindən qayıdıb. Səhhətində yaranmış problemlər və qeysəriyyə əməliyyatı keçirməsi ilə əlaqədar olaraq ona qanunvericiliyə uyğun şəkildə əlavə 14 günlük analıq məzuniyyəti verilib.
Amil Həsənov bildirir ki, həyat yoldaşı mayın 26-da işə qayıtsa da, həmin 14 günlük məzuniyyətə görə ödənilməli olan vəsait hələ də verilməyib:
“Ödənişin edilməsindən 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, pulumuzu ala bilmirik. Aidiyyəti qurumlara müraciət etsək də, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Namiq Tarverdiyev və mühasibatlıq tərəfindən məsələyə laqeyd yanaşılır. Problem hələ də həll olunmayıb”.
Şikayətçi iddia edir ki, iyunun 8-də keçirilən iclasda regional idarə rəisi məsələ ilə bağlı mühasibatlıqdan izahat tələb etsə də, ona həqiqəti əks etdirməyən məlumat təqdim olunub.
“Görünən odur ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi regionu lazımi qaydada idarə edə bilmir, əməkdaşlar isə vətəndaşlara xidmət göstərmək əvəzinə onların problemlərini həllsiz qoyurlar”, – deyə şikayətçi qeyd edir.
Amil Həsənovun sözlərinə görə, məsələ ilə bağlı birbaşa idarə rəisi ilə əlaqə saxladıqda da xoşagəlməz münasibətlə qarşılaşıb:
“Problemlərimizi çatdıranda bizə ‘Sən bilirsən kiminlə danışırsan? Mən rəisəm, necə desəm elə də olacaq’ deyə cavab verildi. Bu cür münasibət dövlət qulluqçusuna yaraşmır. Görəsən, bu şəxsləri vəzifəyə təyin edənlər onlara vətəndaşlarla belə davranmağı tapşırıblar?”
Şikayətçi problemin tezliklə araşdırılaraq həll olunmasını istəyir.
Real Azərbaycan

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?