SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İqtidarın islahatlara qənim kəsilmiş nazirləri kimlərdir?

İqtidarın islahatlara qənim kəsilmiş nazirləri kimlərdir?

Tarix:

14-02-2017, 00:44

/ 2 098 dəfə oxundu.
İqtidarın islahatlara qənim kəsilmiş nazirləri kimlərdir?

İqtidar komandasında islahatlara qənim kəsilmiş məmur ordusu var

Araşdırması zamanı onlardan bəziləri haqda məlumatlar əldə etmişik.

Hakimiyyətin anti-reform qruplaşmasında olan məmurlar arasında Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov, baş nazirin müavini Abid Şərifov, səhiyyə naziri Oqtay Şirəliyev, kənd təsərrüfatı naziri Heydər Əsədovun adı keçir.

Onların da mərhələli şəkildə nəqliyyat naziri Ziya Məmmədovun taleyini yaşayacağı gözlənilir. Hakimiyyət heyətini gəncləşdirməyə hazırlaşır. Prezident İlham Əliyev komandasını cavanlaşdırmaqla islahatları gücləndirir.

Prezident xalqı hakimiyyətdən narazı salan bir neçə sahə üzrə dəyişikliklər etsə də, təyinatlar özünü doğrultmadı. Nazirlərin fəaliyyəti və idarəçiliyi haqda korrupsiya faktlarına, şikayət məktublarına rast gəlinir.

Hakimiyyət daxili problemləri həll etməyə çalışır. İqtidar istəmir ki, yerlərdən şikayətlər böyüsün, etirazlara səbəb olsun. Bu baxımdan hökumət baş bəlasına çevrilmiş komitələr, idarələr, nazirliklərlə bağlı siyasətində dəyişikliklər etməkdədir.

Məlum olub ki, hakimiyyətin korrupsiyaya uğramış və fəaliyyəti erroziya vermiş məmurlar xalqla ünsiyyətdən qaçırlar.

Nazir və icra başçıları isə xalqla görüşdən qaçır, siyasi fərarilik edir, camaatın önünə başıuca çıxa bilmir.

Prezident də peşəkar siyasətçi kimi bu gedişatı gözəl müşahidə edir və təhlillər aparır. Ölkə başçısı heç şübhəsiz ki, xalqın ən çox narazılıq etdiyi məmurlarla bağlı ölçü götürməyi nəzərdə tutub.

Çünki xalqın şikayətlərinin yaranmasında əsl səbəbkar da həmin nazirlər, komitə sədrləri, onların himayədarlıq etdiyi icra başçılarıdır.

Odur ki istərsə mətbuat vasitəsi ilə, istərsə teleqramla edilən müraciətlər birbaşa prezidentə olur. Xalqın yeganə ümid yeri dövlət rəhbəridir ki İ.Əliyev hər çıxışında məmurlara xəbərdarlıq edir, problemləri göstərir.

Bu günə kimi heç bir nazir öz sahəsindəki boşluqları dilə gətirməyib, narahatlığı ifadə etməyib. Əksinə, öz fəaliyyətini yeri gəldi-gəlmədi tərifləyib. Prezident isə hər müşavirədə səhvləri göstərir, tənqid edir.

Şərhlər

XƏBƏR LENTİ