Yeni idarəetmə terapiyası... İsmət Abbasovla Abid Şərifovun karyerası bitir
Baş nazirin iki mavini - İsmət Abbasovla Abid Şərifov üçün hakimiyyət karyerasının sonu yaxınlaşır. Azərbaycandakı struktur islahatları, yeni idarəetmə mexanizmi və vitse-prezidentlik institutunun işə düşməsi hər iki məmurun vəzifələrini əhəmiyyətsizləşdirib.
Bu barədə verilən məlumatda deyilir ki, mərhələli şəkildə İ.Abbasovla A.Şərifovun sərəncamının verilməsi gözlənilir.
Hətta sərəncam olmaya da bilər. Onsuz da yeni idarəetmədə onlara ehtiyac yoxdur. Vitse-prezidentlər baş nazir və müavinlərinin funskionallığını arxa plana keçirir. Hər iki baş nazir müavini son dövrlərdə ciddi fəaliyyəti ilə nəzərə çarpmayıb.
Xüsusən də İ.Abbasovun kənd təsərrüfatı naziri vəzifəsindən baş nazir müavini postuna kimi rütbəsinin endirilməsi onun imkanlarını məhdudlaşdırmışdı.
Bu postda isə İ.Abbasovun nə çıxışı var, nə fəallığı. Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov) var.
Onların çoxu pensiya yaşını artıq haqlayıb - 71 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 73 yaş (1943), Əli Həsənov 68 yaş (1948), Abid Şərifov 76 yaş (1940), Əli Əhmədov 63 yaş (1953), İsmət Abbasov 62 yaş (1954). Baş nazir Artur Rəsi-zadənin isə 81 yaşı var (1935).
Mənbənin sözlərinə görə, müavinlərin çoxu pensiyaya göndəriləcək, bəziləri isə (Əli Əhmədov və Əli Həsənov) yeni kabinetdə yer alacaq.
Verilən məlumatda deyilir ki, A.Şərifovla İ.Abbasov ilk periodda yola salınacaq. Prezidentin verdiyi qərarlar və antiböhran islahatları xalqın son ümid yeri olan İlham Əliyevə göstərdiyi etimadın növbəti dəfə doğrulmasıdır.
Prezidentin siyasi-iqtisadi, sosial və struktur, o cümlədən kadr islahatları davam etməkdədir. İ.Əliyevin fərmanları, sərəncamları birbaşa dövlətin və xalqın mənafeyinə uyğun qəbul olunur.
Azərbaycan prezidenti dünyada bu ilin ən islahatçı prezidenti seçilə bilər. Çünki heç bir ölkədə bu il ərzində bu qədər islahatlar həyata keçirən dövlət rəhbəri olmayıb.
Ümumiyyətlə, prezident İlham Əliyev hökuməti yeniləyir. Dövlət başçısı bu il yaş senzi ilə əlaqədar bir neçə yüksək rütbəli məmuru yola salacaq. Prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək.
Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır. Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...