Hacıbala Abutalıbov 4000, Abid Şərifov 3500 manat... - Sabiqlərin pensiyaları (SİYAHI)
Azərbaycanda sabiq məmurların nə qədər pensiya alması hər kəsin marağında olan mövzudur. Dövlət qulluqçularına, o cümlədən sabiq nazirlərə pensiya təyinatı “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsi əsasında, yəni sığorta göstəriciləri nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanmaqla həyata keçirilir. Qulluq stajına münasibətdə onlara təyin olunmuş pensiyanın məbləğləri fərqli ola bilər.
Unikal.org sabiq nazirlərin, məmurların və millət vəkillərinin nə qədər təqaüd almasını dəqiqləşdirib.
Baş nazirin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov 4000 manat təqaüd alır.
Baş nazirin sabiq müavini Abid Şərifovun pensiyası 3500 manatdır.
Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənova 4000 manat pensiya təyin edilib.
Baş nazirin sabiq müavini Elçin Əfəndiyev 3500 manat pensiya alır.
Baş nazirin sabiq müavini, sabiq Kənd Təsərrüfatı naziri İsmət Abbasova 3500 manat təqaüd təyin edilib.
Sabiq Təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun təqaüdünün məbləği 2300 manatdır.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 4000 manat pensiya alır.
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova 3640 manat təqaüd təyin olunub.
Sabiq millət vəkili Ağacan Əbiyev 2500 manat pensiya alır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...