SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Sumqayıtda usta 9-cu mərtəbədən yıxılıb ÖLDÜ

Sumqayıtda usta 9-cu mərtəbədən yıxılıb ÖLDÜ

Tarix:

20-09-2023, 18:40

/ 560 dəfə oxundu.
Sumqayıtda usta 9-cu mərtəbədən yıxılıb ÖLDÜ

Sumqayıtda usta faciəli şəkildə ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, hadisə sentyabrın 19-u saat 10 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində baş verib.

Belə ki, tikilməkdə olan çoxmərtəbəli binanın 9-cu mərtəbəsində usta kimi işləyən Taleh Həmidovun hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.

Şərhlər

XƏBƏR LENTİ