SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Bakıda fəhlə faciəli şəkildə öldü

Bakıda fəhlə faciəli şəkildə öldü

Tarix:

21-02-2023, 16:30

/ 319 dəfə oxundu.
Bakıda fəhlə faciəli şəkildə öldü

 
Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb. Fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ