SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda ağır qəza - Maşında yanaraq öldülər

Bakıda ağır qəza - Maşında yanaraq öldülər

Tarix:

13-05-2023, 11:06

/ 420 dəfə oxundu.
Bakıda ağır qəza - Maşında yanaraq öldülər

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gecə saat 01 radələrində Binə qəsəbəsindən keçən yoldakı körpünün altında baş verib. “Nissan” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel” aşaraq alovlanıb. Nəticədə avtomobildə olan iki nəfər yanaraq ölüb.

“Nissan”ın sürücüsü isə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Əraziyə gələn FHN-in DYMX-nin yanğınsöndürmə briqadaları maşını söndürdükdən sonra yanaraq ölən şəxslərin meyiti aidiyyəti üzrə təhvil verib. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Şərhlər

XƏBƏR LENTİ