SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Şəmkirdə minik və yük maşınları toqquşdu: Ölən və xəsarət alan şəxslərin kimliyi AÇIQLANDI - YENİLƏNİB + FOTO

Şəmkirdə minik və yük maşınları toqquşdu: Ölən və xəsarət alan şəxslərin kimliyi AÇIQLANDI - YENİLƏNİB + FOTO

Tarix:

2-02-2023, 19:55

/ 485 dəfə oxundu.
Şəmkirdə minik və yük maşınları toqquşdu: Ölən və xəsarət alan şəxslərin kimliyi AÇIQLANDI - YENİLƏNİB + FOTO

 
Şəmkirdə baş verən qəzada ölən və xəsarət alanın kimliyi məlum olub.

APA-nın məlumatına görə, qəzada ölən yeniyetmə Gədəbəy rayonunun Qumlu kənd sakini İlkin İmanov, xəsarət alan sürücü isə 31 yaşlı Elvin Abdullazadədir.

Xatırladaq ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Gədəbəy rayon sakini 31 yaşlı Elvin Abdullazadənin idarə etdiyi VAZ-21099 markalı minik maşını “KamAZ” markalı yük maşını ilə toqquşub.

Şəmkirdə minik və yük maşınları toqquşdu: Ölən və xəsarət alan şəxslərin kimliyi AÇIQLANDI - YENİLƏNİB + FOTO



17:24

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.

VAZ-21099 markalı minik maşını ilə “KamAZ”  markalı yük maşını toqquşub. Qəza nəticəsində VAZ-da olan sərnişin hadisə yerində ölüb, sürücüsü xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.


Şərhlər

XƏBƏR LENTİ